18-05-2020, 11:49 Oxunub: 91

Prezident büdcədən pul ayırdı

Prezident büdcədən pul ayırdı


Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Prezident Gənclər və İdman Nazirliyinə pul ayırdı Prezident Gənclər və İdman Nazirliyinə pul ayırdı Siyaset İlham Əliyev yol tikintisinə pul ayırdı İlham Əliyev yol tikintisinə pul ayırdı Iqtisadiyyat İlham Əliyev sərəncam verdi İlham Əliyev sərəncam verdi Siyaset Prezident İlham Əliyev 2 sərəncam imzaladı Prezident İlham Əliyev 2 sərəncam imzaladı Siyaset Sabirabadda su təminatının yaxşılaşdırılmasına 22 milyon manat ayrıldı Sabirabadda su təminatının yaxşılaşdırılmasına 22 milyon manat ayrıldı Sosial