10-07-2020, 16:00 Oxunub: 548

Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır

Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır


Aprel ayının 28-də Mərkəzi Bank tərəfindən bağlanan “Atabank” ASC-yə əmanət qoyan əmanətçilərin depozitlərinin ödənilməsində yeni problem yaranıb.

Belə ki, Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, “Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

Bu məsələ ilə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlandığı qeyd olunub.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Əmanətlərin Sığortalanması Fondunun bu addımını çox gülünc adlandırıb:

“İndiyədək Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən əmanətlərin kompensasiya edilməməsinə görə çoxsaylı bəhanələr eşitmişdim, amma belə biabırçı və gülünc bəhanə eşitməmişdim. Bilirik ki, aprelin 27-dən etibarən, Mərkəzi Bank tərəfindən “Atabank”a müvəqqəti inzibatçı təyin olunub.Yəni ki, “Atabank” faktiki Mərkəzi Bankın idarəçiliyinə keçib.Bir gün sonra, yəni aprelin 28-də bank bağlanıb və Əmanətlərin Sığortalanması Fonduna verilib.

Müvəqqəti inzibatçı Mərkəzi Bankın işçisidir. Yəni Mərkəzi Bankdır. Əmanətlərin Sığortalanması Fondu da deyir, o səhv məlumat verib, yəni özü bilir ki, məlumat səhv verilib.İndi də fond deyir ki, bilirəm Mərkəzi Bankın işçisi məlumatı səhv verib, yəni sığortalı əmanətləri sığortasız kimi göstərib.Ona görə pulu verə bilmirəm və konstitusiya məhkəməsinə çıxıram.Mərkəzi Bank da, Əmanətlərin Sığortalanması Fondu da dövlət qurumlarıdır.Yəni biri orda səhv edib və hər ikisi bu səhvi bilir.Bu da o deməkdir ki, ortada mübahisəli məsələ yoxdur. Məhkəməyə nə zaman müraciət olunur?-mübahisəli vəziyyət olanda. Burada isə elə bir şey yoxdu.Amma Fond deyir Mərkəzi Bank səhv edib, ona görə mən camaatın borcunu ödəmirəm. Ay qardaş, Mərkəzi Bank səhv edib, sən ona müraciət et və səhvi düzəlt. Heç müraciət də etmə.De ki, sən səhv edibsən, mən isə düzgün işləyib vətəndaşların borcunu ödəyirəm.Bu boyda həngamə açmaq biaırçılıqdır.Məsələnin məhkəməyə getməsi və digər proseslər ən azı iki ay çəkəcək.Məhkəmə də hər kəsə məlum olan qərarı çıxardıb deyəcək ki, vətəndaşın borcunu ödəyin.Lakin məsələ vətəndaşa dəyən zərərdir.Məhkəmə prosesi gedən müddətdə vətəndaşlara maddi və mənəvi ziyan dəyir. Onu kim ödəyəcək? Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka müraciət edib səhvlərini düzəltməyi tələb etməli idi.Əgər Mərkəzi Bank buna məhəl qoymazdısa, o zaman camaata müraciət edərək borclarını almaq üçün Mərkəzi Bankın üzərinə getməyi tövsiyə edə bilərdi.Heç bir ölkədə belə şey ola bilməz ki, iki dövlət orqanı səhv edə, ortada isə vətəndaşlar zərər çəkə”.

Ekspert Əmanətlərin Sığortalanması Fondu ilə Mərkəzi Bank arasında baş verən bu lüzumsuz çəkişmənin məqsədlərindən də danışıb: “Bu addımın atılmasında bir neçə məqsəd var. Birincisi başa düşürük ki, Əmanətlərin Sığortalanması Fondunun 682 milyonu yoxdu. Yəni bağlanan 4 bankda cəmi 682 milyon manat sığortalanmalı olduğu bildirilmişdi.Fondda da bu qədər pul olmadığı üçün Mərkəzi Bankdan kredit götürməyə məcburdur. O kredit də faizlidir. Sonra da bağlanan bankların əmlakı hesabına Mərkəzi Bankın verdiyi kredit ödəniləcək.Yəqin ki, hansısa səbəbdən Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna bu krediti verə bilmir.Böyük ehtimalla sözügedən dövlət qurumları arasında həmin kreditin alveri gedir.

Yəni Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna həmin krediti hansı faizlə və hansı müddətə verəcək?Ola bilər ki, Mərkəzi Bank kredit vermək üçün Əmanətlərin Sığortalanması Fondunu qane etməyən şərtlər təklif edib və fond da bu yolla camaatı Mərkəzi Bankın üstünə qaldırır.Mərkəzi Bankın səhvi başa düşüləndi. Çünki Mərkəzi Bank “Atabank”a aprelin 27-də gəlib və onu sabahı gün bağlayıb. Yəni bir günə səhv ola bilər. İkinci səbəb isə bu ilin may ayında Əmanətlərin Sığortalanması Fonduna yeni rəhbər Tural Piriyev təyin olunub.

Fondun köhnə rəhbəri Vüqar Abdullayev isə onun müavini vəzifəsində qalıb.Tural Piriyev bu sahədə təcrübəsizdi.Çünki ora turizm sektorundan gəlib.Vüqar Abdullayevin isə öz komandası da Əmanətlərin Sığortalanması Fondunda hələ də fəaliyyət göstərir.Görünür ki, keçmiş rəhbər olan Vüqar Abdullayev Tural Piriyevi gözdən salmağa çalışır.Çünki Vüqar Abdullayevin vaxtında Əmanətlərin Sığortalanması Fondunda o qədər səhvləri, qanun pozuntuları, özbaşınalığı olub ki, yeni rəhbərə həmin səhvlərə baxmağa imkan vermir.Vüqar Abdullayev buraxdığı səhvlərin izlərini silməklə məşğul olur.Başqa heç bir səbəb yoxdur”.
Əmanətlərin faizi bu gündən düşdü Əmanətlərin faizi bu gündən düşdü Iqtisadiyyat Əmanətlərin illik faiz dərəcəsi aşağı salındı Əmanətlərin illik faiz dərəcəsi aşağı salındı Iqtisadiyyat Əmanətlərə görə faiz dərəcələri azaldı - Yeni qərar Əmanətlərə görə faiz dərəcələri azaldı - Yeni qərar Iqtisadiyyat Əmanətçilərə bəd xəbər: Ehtiyatlı olun! EKSPERT Əmanətçilərə bəd xəbər: Ehtiyatlı olun! EKSPERT Iqtisadiyyat Əmanətlərin Sığortalanması Fondu: “Yunayted Kredit Bank”da sığorta hadisəsi baş verib Əmanətlərin Sığortalanması Fondu: “Yunayted Kredit Bank”da sığorta hadisəsi baş verib Iqtisadiyyat
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…