30-07-2020, 15:30 Oxunub: 452

“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR

“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR


"Rabitəbank”ın illərdir yığılmış zərərinin həcmi cari ilin əvvəli ilə müqayisdə yarımilliyin sonunda 3.83 mln. manat (54%) artıb.

Banker.az bu barədə kommersiya bankının cari ilin ikinci rübünə dair açıqladğı maliyə hesabatında bu qeyd edilir.

Kommersiya bankının illərdir yığılmış zərərinin həcmi 10.88 mln. manat olub. Məlumat üçün bildirək ki, yığılmış zərərin həcmi cari ilin əvvəlində 7.05 milyon manat idi.

Bildiyimiz kimi balansdakı yığılmış zərərin artmasının səbəbi birbaşa bankın həmin müddət ərzində zərər etdiyi halda müşahidə edilir. Lakin, "Rabitəbank”da bu qeyd etdiyimiz rəqəmlər uzlaşmır. Belə ki, bank 2020-ci ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatında 1.77 mln. manat xalis mənfəət əldə etdiyini nəzərə alsaq, yığılmış zərərin yarımilliyin sonunda 5.28 mln. manata düşməsini müşahidə etməliydik.

Necə olur? Bank həm mənfəət edib və həm də yığılmış zərərinin həcmi artıb?

O zaman, "Rabitəbank”ın özü tərəfindən ictimayyətə açıqladığı hesabatda yanlışlıq olduğunu görəcəyik.

Bank hesabatında göstərir ki, kapitalının həcmi yarımilliyin sonuna 97.76 mln. manata düşüb. Yəni, 4% azalıb. Bunun da səbəbi, yuxarıda bankın yığılmış zərərinin həcmi artması səbəbindəndir.

Xatırladaq ki, bankın nizamnamə kapitalı 101.3 mln. manatdır.“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR
“AzərTürk Bank”ın gəlirləri 30 dəfə azaldı - ÇÖKÜŞ “AzərTürk Bank”ın gəlirləri 30 dəfə azaldı - ÇÖKÜŞ Iqtisadiyyat “Rabitəbank”ın riskli gələcəyi: MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR – HESABAT “Rabitəbank”ın riskli gələcəyi: MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR – HESABAT Iqtisadiyyat “NBC Bank”ın kapitalı AZALIB – BANK ZƏRƏRDƏ “NBC Bank”ın kapitalı AZALIB – BANK ZƏRƏRDƏ Iqtisadiyyat “Ziraat Bank (Azərbaycan)”da böhran içindədir: - Mənfəəti 2 dəfə azalıb “Ziraat Bank (Azərbaycan)”da böhran içindədir: - Mənfəəti 2 dəfə azalıb Iqtisadiyyat “Nikoil Bank”ın 10 filialı bağlanıb - 46 MİLYON MANAT ZƏRƏRDƏ “Nikoil Bank”ın 10 filialı bağlanıb - 46 MİLYON MANAT ZƏRƏRDƏ Iqtisadiyyat