Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
Sosial
Oxunub: 553
28 iy 2021 | 09:37
Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir


Prezident İlham Əliyev iyul ayının 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müsahibədə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, bölgədəki canlanmadan bəhs edən Prezident cənab İlham Əliyev son günlərdə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan Ermənistanın Şuşanı, Naxçıvanı, Kəlbəcəri atəşə tutmasına da münasibət bildirib.

Ölkə başçımızın qeyd etdiyi kimi, ermənilər 30 ildi qurduqları yalana, erməni ordusu haqqında yaratdıqları miflərə elə inanıblar ki, onlar hələ reallığı qəbul edə bilmirlər. 2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatları zamanı cavablarını itkiləri ilə alan Ermənistan üçün bu tarixi hadisələr də dərs olmadı. 2020-ci ilin iyul ayında Tovuzda təxribat törətməklə onların sonlarını gətirən 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Ermənilərin son günlərdə yenə də atəşkəsi pozmaları siyasi həyasızlıqdan başqa birşey deyil. Artıq bu məğlubiyyəti bütün dünya qəbul edib, lakin qəbul etməyən, anlamayan Ermənistan odla oynayan uşaq kimi cəhdlər edir. İkinci Qarabağ müharibəsi başa çatsa da, maraqlı dairələrin istəklərinə uyğun hələ də sayıqlayaraq «Dağlıq Qarabağ» söyləyən Nikol Paşinyanın «status» problemini Azərbaycan birdəfəlik həll etdi. Azərbaycanın Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın etdi.

Tarixdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub, ərazisi yox. İllər ərzində Azərbaycan xalqının maraqlarını rəhbər tutan cənab Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə prinsipiallıq, qəti mövqe nümayiş etdirib, beynəlxalq kürsülərdən də bu münaqişəni məhz bu cür, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın nəzərinə çatdırıb. Artıq nə o münaqişə var, nə də status. “Dağlıq Qarabağ” adlı ərazi vahidi də yoxdur. İndi Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası mövcuddur.

Aİ Şurasının prezidenti kimi böyük Avropa adından çıxış edən Şarl Mişel də “status” və “Dağlıq Qarabağ” sözlərini işlətmədi. Deməli, Rusiya kimi, bu qurum da yeni reallığa müvafiq hərəkət edir.

O ki, qaldı, xəyallara və illuziyalara, burada isə onu deməliyik ki, 25 min insan üçün status yaratmaq xəyalındansa getsinlər, 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Baxmayaraq ki, müharibədən 8 ay keçib, ancaq Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa və yenidənqurma işləri sürətlə gedir. Dövlətimiz tərəfindən çevik şəkildə görülən işləri xalqımız da təqdir edir.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədr müavin
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO