"Kimsə istədiyi vaxt, heç bir əsas olmadan qiymətləri artırsın və adını “azad sahibkarlıq” qoysun, belə olmaz" - ETİRAZ
Iqtisadiyyat
Oxunub: 967
23 sen 2021 | 12:29
"Kimsə istədiyi vaxt, heç bir əsas olmadan qiymətləri artırsın və adını “azad sahibkarlıq” qoysun, belə olmaz" - ETİRAZ


Gündəlik tələbat malları və ərzağın qiymətində ciddi artımlar müşahidə olunur. Vətəndaşlar demək olar ki, hər gün süni qiymət artımı ilə rastlaşdıqlarını deyirlər. Sosial şəbəkələrdə qiymətlərin bahalaşmasından şikayət edənlərin sözlərinə görə, ərzaq məhsullarının qiyməti 20-30 qəpik civarında mütəmadi artmaqdadır. Marketlərdə durum daha dəhşətlidir.

Sanki market sahibləri istədikləri qiyməti özləri müəyyənləşdirir, satdıqları məhsulun dəyərini istədikləri formada qiymətləndirirlər. Bahalaşma əksər hallarda müşahidə olunsa da, müəyyən mövsümlərdə daha çox nəzərə çarpır. Hansısa məhsula tələbatın çoxluğunu görən bəzi işbazlar ərzaq məhsullarının qiymətini süni şəkildə qaldırırlar.

Bazar və marketlərdə “od tutub yanan” qiymətlərlə bağlı “Şərq”ə ətraflı danışan iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib ki, ilk növbədə qiymət artımlarının səbəbləri araşdırılmalıdır. Professorun fikrincə, səbəblər aşkarlanarsa, süni qiymət artımının önünü almaq mümkün olar.

- Zahid müəllim, ərzağın tez-tez bahalaşması nəylə bağlıdır? Süni qiymət artımının qarşısını almaq üçün hansısa addımlar atmaq mümkündürmü?

- Əvvəla qeyd edim ki, dövlət başçısı müşavirələrdə süni qiymət artımı ilə bağlı dəfələrlə iradlarını bildirib, ciddi xəbərdarlıq edib və müvafiq qurumlara öz göstərişlərini verib. Yəni problem ən yüksək səviyyədə gündəmə gətirilib. Bilirsiz, əgər qiymət artımı varsa, elmi cəhətdən ciddi əsaslandırılmalı və çıxış yolları axtarılmalıdır. Azərbaycanda qiymət siyasəti ilə məşğul olan dövlət qurumları və hər birinin ayrı-ayrılıqda şuraları mövcuddur. Bu məsələylə ciddi məşğul olunmalıdır. Qiymət bahalaşması ilə bağlı Milli Məclisin plenar iclaslarında ətraflı dinləmələr, müzakirələr təşkil edilməlidir. Bahalaşmanın səbəb və nəticələrini öyrənmək lazımdır. Dövlətimiz ərzaq, maliyyə və enerji təhlükəsizliyini təmin edib. O zaman sual olunur, qiyməti artıranlar kimlərdir və məqsədləri nədir? Səbəb nədirsə, çıxış yolu da ondadır. Məsələn, Türkiyədə ət məhsullarının qiymətində artım olanda, kənd təsərrüfatı naziri bəyan etdi ki, Avstraliyadan qoyun idxal edəcəklər. Qərardan sonra ət idxalçıları dərhal dövlətdən xahiş etdilər ki, buna ehtiyac yoxdur. Onlar qiymət bahalaşmasını dayandıracaqlarına və aşağı endirilməsi üçün yollar tapacaqlarına söz verdilər. Bütün problemlərdən çıxış yolu var. Qiymət artımı ən son həddir və qəbuledilməzdir. Koreyada böhran olanda ölkədəki bir qrup şirkətlərə təklif etdilər ki, problemin həlli üçün qiymətləri artırsınlar. Ancaq heç kim buna getmədi. Hətta bir şirkətin rəhbərliyini 4 dəfə dəyişsələr də, istədikləri qərar verilmədi. 5-ci rəhbər isə qiymət artımı əvəzinə problemdən çıxış yolunu tapdı. Müxtəlif ictimai yerlərdə elanlar verildi və əhalidən xahiş olundu ki, məhsullarının alınmasına dəstək versinlər. Nəticədə qiymət bahalaşması olmasın və inkişaf təmin edilsin. Hər şeyə alternativ tapmaq mümkündür. Düyü yoxdursa, yerinə qarabaşaq var. Daxildə qiymət artımlarını özümüz edirik və həlli yolu bəllidir. Bahalaşma xaricdən qaynaqlanırsa, o zaman idxal əvəzləyicisi sektorların inkişafına yönəlməliyik.

- Bəzən dövlətin yerli bazarda qiymətlərə qarışması liberal iqtisadiyyata müdaxilə kimi dəyərləndirilir. Qurumlar hansı hallarda sahibkarların özbaşınalığına “dur” deyə bilər?

- Dünya hazırda pandemiyanın yaratdığı iqtisadi böhranın içindədir. Əvvəl də qlobal iqtisadi böhranlarla üzləşmişik. Baş verən böhranlar göstərdi ki, dövlətin müdaxiləsi olmadan iqtisadi problemlərin həlli mümkün deyil. Sosial rifah və cəmiyyətin inkişafı hər şeydən öndə dayanır. Bəlli zamanlarda iqtisadi təhlükəsizliyi təmin etmək prioritetə çevrilir və dövlət proqramları tətbiq olunur. Xalqın rifahının yüksədilməsi hər bir dövlətin qarşısında duran əsas məsələdir. Kimsə istədiyi vaxt, heç bir əsas olmadan qiymətləri artırsın və adını “azad sahibkarlıq” qoysun, belə olmaz. Qiymət artımı qaçılmazdırsa, alternativ üsullar tapılır. Məlumat üçün deyim ki, bu gün Moskvanın ətraf bölgələri şəhərin ərzaq təminatını qarşılayır. Moskva sakini Volqoqraddan, Saratovdan ərzaq gözləmir. Bakı kəndlərində əkin üçün yararlı böyük torpaq sahələri var. Həmin torpaqların ölkənin ərzaq təhlükəsizliyində payı nə qədərdir? Bakının ərzaqla təminatında iştirak edirlərmi? Halbuki, ətraf kəndlər uzun zaman paytaxtın ərzaq təminatını həyata keçirib. Rusiyada hər vətəndaşa 6 sot torpaq sahəsi verilir. Bizdə də əhaliyə torpaq payı verilməli, əkib-becərməsi üçün imkan yaradılmalıdır. Bunu reallaşdırsaq, bazardakı qiymətlərə ciddi təsir göstərəcək, bahalaşmanın qarşısını alacaq. Moskvada, Sankt-Peterburqda akademiklər, professorlar, məsləyindən asılı olmayaraq bütün peşə sahibləri 6 sot torpağa malikdir. Elmi fəaliyyətdən kənarda öz torpağında əkinçiliklə məşğul olur, kartof, soğan əkir. Şəxsən mən də istəyərəm ki, 6 sot torpaq sahəm olsun və kənd təsərrüfatı ilə məşğul olum. Göyərtimi, tərəvəzimi yetişdirim.

- Hər qiymət artımında ciddi tənqid hədəfi olan qurumlardan biri Taarif Şurasıdır. Bu qurumun fəaliyyətinə münasibətiniz necədir?

- Əfsuslar olsun ki, şirkətlər Taarif Şurasına ancaq hansısa məhsulun qiymətinin artırılması ilə bağlı təkliflər edirlər. Halbuki, qiymətlərin aşağı endirilməsi təklifləri də irəli sürülməlidir. Bütün problemlər qiymətlərin bahalaşması ilə həll olunmur axı. Əgər hansısa dövlət qurumu, yaxud şirkət qiymət artımı təklif edirsə, ilk növbədə həmin idarənin lüks həyatını araşdırmaq lazımdır. Bir çox qurumda istifadə olunmayan 50-dən çox avtomobil var. Hamısının istismar, saxlama xərcləri var. O qədər lazımsız xərcləmələr olur ki, nəticədə qiymət artırılmasına gətirib çıxarır. Şirkətlərin hamısı öz fəaliyyətində kökündən dəyişiklik etməlidir. Koorporativ idarəetmə və şəffaflıq sistemini inkişaf etdirməlidir. Hər ödəmələr, xərclər qəpik-quruşuna qədər dəqiq qeyd olunmalıdır. Avropa Birliyinin üzvü olan Polşadan İstanbula təyyarə ilə səfər etmək Azərbaycandan Türkiyəyə uçmaqdan daha ucuzdur. Belə olmalı deyil axı. Əfsuslar olsun ki, bir çox şirkət rəhbərliyi elə düşünür ki, lüksü təmin etmək üçün əsas vasitə xidmətlərlə bağlı qiymətlərin arıtırılmasıdır. Hələ 1785-ci ildə ABŞ-ın maliyyə naziri məktubunda yazırdı ki, “əgər şirkətlər lüks fəaliyyəti qiymət artımı ilə həyata keçirirlərsə, bununla öz sonlarını gətirirlər”. Dünyanın əksər ölkəsindəki nüfuzlu şirkətlərə nəzər yetirin, nə qədər sadədirlər. Bizdə də o cür olmalıdır. İstənilən problemə qarşı adekvat tədbir görməyi bacarmalıyıq. Xatırlayırsızsa, koronavirus pandemiyasının geniş yayıldığı dövrdə dərhal tibbi maska istehsalına başladıq və yerli tələbatı təmin etdik. Deməli, istəsək, özümüz də edə bilərik. Xüsusən, xaricdən ərzaq asılılığını sıfıra endirmək lazımdır.

- Xaricdən asılılıq demişkən, Aİ 95 və Aİ 98 markalı neftin qiymətində yenidən artım oldu və müvafiq qurum bunu dünya bazarındakı vəziyyətlə əlaqələndirdi. İqtisadçı kimi əsaslanma sizi qane edirmi?

- Mən ümmumiyyətlə, “dünya bazarı” ifadəsini qəbul etmirəm. Biz dünyada gedən bütün proseslərə hazır olmalıyıq, öz proqramlarımız olmalıdır. Dünyada anidən hər şey baş verə bilər. Daxili imkanlarımız, resurslarımız imkan verir ki, üzləşdiyimiz əksər problemdən çıxış yolu tapaq. Siyasi və iqtisadi müstəqilliyimiz var, ona görə də xaricdən asılı olmamalıyıq. BMT-nin 4 qətnaməsinə rəğmən, Azərbaycanın ərazi bütövlüyü 30 ilə yaxın müddətdə təmin olunmadığı üçün bunu özümüz etdik. Özü də qısa zamanda, cəmi 44 gün ərzində torpaqlarımızı düşmənlərdən təmizlədik. Digər məsələləri də asanlıqla həll etmək iqtidarına sahibik. Niyə xaricdən asılı olmalıyam ki?

- Pandemiya zamanı yazılmış cərimələrin silinməsi də gündəmdədir. Qonşu Gürcüstan bənzər addım atdı. Sizcə, iqtisadi baxımdan Azərbaycanda da belə qərar alına bilərmi?

- Əlbəttə, bizdə də eyni qərar verilə bilər. Ən azından araşdırma apararaq müəyyən kəsimin cərimələrini silmək mümkündür. İqtisadi vəziyyəti, yaş ünsürünü və bəzi nüansları nəzərə almaq lazımdır. İlk dəfə idi pandemiya ilə üzləşirdik, əvvəllər belə təcrübə yaşamamışdıq. O baxımdan düşünürəm ki, cərimələri silmək olar.
Dünən, 23:39
Müstəqim Məmmədov Tərtərlə Truskovetsi qardaş şəhərlər elan edəcək... - İcra başçısnın Truskovetsdən olan qonaqları...
Dünən, 22:50
ADPU Ağcabədi filialının professoru məcburi köçkün statusunu nece alıb?..
Dünən, 22:22
"AzerGold" şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU... - NƏ İŞLƏR ÇEVİRİR... FOTO
Dünən, 21:48
100 MİLYONLUQ KREDİTİ MİLYON-MİLYON “ƏRİTMƏK”... – Əmək Nazirliyindəki tender korrupsiyasının yeni detalları
Dünən, 21:18
“Holcim” rəhbərliyinin ŞÜBHƏLİ ƏLAQƏLƏRİ - İTTİHAM
Dünən, 20:45
Vidadi İsayev həbs kabusu yaşayır...
Dünən, 20:23
Sıra Vasif Talıbova ÇATIB? - İLGİNC İDDİALAR...
Dünən, 19:49
Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət - MTN generalını kim himayə edir?
Dünən, 19:19
Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pul atıbmış - FOTO
Dünən, 19:00
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Dünən, 18:50
Göygöldə baş həkimin AİLƏ PODRATI... - İLGİNC FAKT
Dünən, 18:20
Adil Vəliyevin 10 illik XANƏDANI... - Və yaxud Sabunçu necə xaraba günə qaldı...
Dünən, 17:45
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Dünən, 17:23
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... - NƏ BAŞ VERİR?
Dünən, 16:52
Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub
Dünən, 16:22
Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - GƏLİŞMƏ
Dünən, 16:00
Azərbaycan avtomobili Türkiyəyə daxil olarkən sənədlərə baxılmayacaq
Dünən, 15:30
Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
Dünən, 15:26
“Nar” milli internet resurslarına dəstək olur
Dünən, 15:00
Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb
Dünən, 14:26
Prezident sərəncam imzaladı
Dünən, 14:20
İlham Əliyev pakistanlı naziri qəbul etdi
Dünən, 14:16
Dünya Prezident İlham Əliyevi dünya səviyyəli qurucu lider kimi tanıyır - RƏY
Dünən, 13:12
DİN-də yeni təyinat
Dünən, 13:08
Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var
Dünən, 13:04
Maşını nömrəsiz sürən qazi ilə polisin dialoqu - VİDEO
Dünən, 12:11
Avtomobillərin icbari sığortasında yenilik: Ödənişi bu şəxs edəcək