“Vətəndaşlara şərait yaradılmalıdır ki, xaricdəki pullarını ölkəyə gətirsinlər” - Deputatdan ÇAĞIRIŞ
Iqtisadiyyat
Oxunub: 332
25 sen 2021 | 21:30
“Vətəndaşlara şərait yaradılmalıdır ki, xaricdəki pullarını ölkəyə gətirsinlər” - Deputatdan ÇAĞIRIŞ


Ukrayna parlamenti “Oliqarxların təsiri ilə əlaqədar milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması” haqqında prezident qanun layihəsini qəbul etdi. Cümə axşamı günü 279 millət vəkili bu sənədə lehinə səs verib.
Qanun layihəsi ictimai həyatda əhəmiyyətli iqtisadi və ya siyasi çəkisi olan şəxslərin (oliqarxların) reyestrinin yaradılmasını, şəxslərin reyestrə daxil edilmə qaydasının və bu daxil edilmənin nəticələrinin müəyyən edilməsini, dövlət məmurları ilə əlaqə bəyannaməsinin təqdim edilməsini təklif edir.

Qanun layihəsinə görə, ölkənin iqtisadi və siyasi həyatında əhəmiyyətli təsirə malik olan, həmçinin media məkanının əsas seqmentlərinə nəzarət edən insanların siyahısı müəyən olunacaq və onların siyasi partiyalara dəstək verməsi və böyük özəlləşdirmə prosesində alıcı olmaq qadağan olunacaq.

Sənəd, eyni zamanda, səlahiyyətli şəxslərin nümayəndələri ilə əhəmiyyətli aktivlərə sahib olan şəxslər arasındakı görüşlərin və digər əlaqələrin qaydasını tənzimləyir və reyestrə daxil olan şəxslər üçün belə əlaqələr haqqında bəyannamənin təqdim edilməsini nəzərdə tutur. Sənədin etibarlılıq müddəti on ildir. Daha əvvəl Ukrayna prezident aparatında bildirildiyi kimi, Ukraynada oliqarxik sistemin aradan qaldırılması yolunda ilk addım olması nəzərdə tutulur. Bunun əsasında antiinhisar qanunları, lobbiçilik haqqında qanun və ölkədə iqtisadi və sosial münasibətləri yenidən formalaşdıracaq digər normativ hüquqi aktlar hazırlamağı planlaşdırırlar.

Sənəd altı aydan sonra qüvvəyə minəcək və on il ərzində qüvvədə olacaq. Belə bir qanun layihəsinin hazırlanması Azərbaycan üçün də faydalı ola bilərmi?

Bizimyol.info saytının bu sualına cavab verən Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədov bildirib ki, ölkəmizdə bazar iqtisadiyyatının tam formalaşması və inkişafı üçün bəzi mühüm məqamlara diqqət yetirmək lazımdır:

“Azərbaycanda hazırda inhisarçılığın aradan qaldırılması, sağlam rəqabət və əlverişli biznes mühitinin yaradılması çox vacibdir. Hazırda “Rəqabət məcəlləsi” gündəmdədir. Bu qanun layihəsi üzrə işlər gedir. Əgər belə bir sənəd qəbul olunsa, azad rəqabətin inkişafı üçün qanunvericilik baxımından çox lazımlı şərtlər yaranacaq”, - deyə deputat qeyd edib. Onun sözlərinə görə, həmçinin, maliyyə amnistiyası barədə də işlər görülməlidir.

“Mən dəfələrlə demişəm ki, “Maliyyə amnistiyası” barədə qanun qəbul edilməlidir. Xaricdə vəsaitləri olan vətəndaşlarımıza bu pulları ölkəyə gətirmək üçün münbit şərait yaratmaq lazımdır. Biz ilk öncə ölkəmizə maliyyə axışını təmin etməliyik”, - deyə deputat vurğulayıb.

V.Əhmədov əlavə edib ki, gəlir bəyannaməsi ilə də bağlı müvafiq qanunun qəbul edilməsinə ehtiyac var: “Gəlir bəyannaməsi ilə bağlı məqamlar qanunvericiliklə dəqiqləşməlidir, bu da cəmiyyətdə şəffaflığı təmin edəcək. Düşünürəm ki, sadaladığım bu üç sənədin qəbulu Azərbaycanda azad rəqabət və biznes mühitinin formalaşmasına təkan verəcək”.
Bizimyol.info
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO