Azərbaycanda yağ qıtlığı VARMI? - AKTUAL
Iqtisadiyyat
Oxunub: 361
4 may 2022 | 17:47
Azərbaycanda yağ qıtlığı VARMI? - AKTUAL


“Azərsun Sənaye Parkı”nda baş verən yanğından sonra mətbuatda gedən xəbərlərə görə, burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumatda deyilir ki, fabrik bir neçə aydır bu anbarı doldurmaq üçün çalışırmış.

“Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyonlarla manat məbləğində ölçüldüyü deyilir. Anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına da ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”, - yayılan məlumatlarda qeyd olunur.

Bu hadisədən sonra ölkədə yağın qiymətinin daha da bahalaşacağı, qıtlıq yaranacağına dair narahatedici fikirlər səslənməyə başlayıb. Dia.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində deyib ki, yanğın zamanı ciddi itkilər olsa da, qıtlıq yaranacağı ilə bağlı narahatlığa və ya ajiotaja əsas yoxdur: “Ölkənin yağ və yağ məhsullarına olan tələbatının ödənilməsində “Azərsun”un istehsal potensialı, eləcə də “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statistikasını müqayisəli təhslil etsək, görərik ki, bu yanğına görə ajiotaj yaratmağa ciddi əsas yoxdur. “Azərsun Holding”in ümumi kərə yarağı bazarında payı 5-8 fazidir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan həm bitki, həm də kərə yağı istehsalı baxımından idxaldan ciddi şəkildə asılı bir ölkədir: “Bitki və kərə yağları baxımından ölkə 80 faizdən çox idxaldan asılıdır. Özümüz istehsal etdiyimiz məhsullar da dolaysı ilə idxaldan asılıdır. Yeni Zelandiyadan gələn kərə yağı burada xüsusi çəki və ölçüyə salınaraq yenidən qablaşdırılır”.

“Düşünürəm ki, hazırkı vəziyyətdə biz əsas iki məsələyə diqqət yetirməliyik: Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüksəldilməli, ikinci, idxal kanallarının təhlükəsizliyinin təmin olunması, idxal zamanı suni problemlərin yaradılması ehtimallarının qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməsidir. Bu istiqamətlərdə dövlət tərəfindən nəzarət gücləndirilməlidir”, - deyə ekspert söyləyib.

Bu hadisənin suni qiymət artımına təsiri ilə bağlı məqama toxunan iqtisadçı bu cür cəhdləri istisna etmir: “Təbii olaraq məlum psixoloji təzyiq şəraitində kimlərsə bazarda yağın qiymətini suni şəkildə qaldırmağa cəhd edəcəklər. Lakin qiymət artımının təbii şəkildə müəyyən qədər artması ehtimalı da var. Buna görə də kimlərinsə təbii qiymət artımından istifadə edərək suni şəkildə qiymətləri artırması da istisna olunmur”.

“Vurğulanması vacib məqamlardan biri 5-6 aylıq yağ ehtiyatı ilə bağlıdır. Burada ölkənin yağ ehtiyatından deyil, məhz müəssisəyə aid olan yağ ehtiyatdan söhbət gedir. Yaxşı olardı ki, rəsmi açıqlamalarda da bu məqam xüsusi vurğulanardı və yanlış anlaşılmalara səbəb olub ajiotaj yaratmayaydı”, - deyə Əmirov fikrini davam etdirib.

Müsahibimiz idxal kanallarına, yerli istehsal və tədarük məntəqələrində anbarlara nəzarətin gücləndirilməsinə də diqqət çəkib: “Bu gün “Səngəçal” terminalı ölkənin ən starteji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri də eyni qədər əhəmiyyət daşımalı, qorunmalıdır. Çünki hazırda ərzaq təhlükəsizliyi ilə bağlı aparılan tədbirlər kompleks şəkildə həyata keçirilir və bu məsələ də diqqətdə saxlanılmalıdır. Bu cür təsərrüfat subyektləri özəl və ya dövlətin olmasından asılı olmayaraq, eyni dərəcədə ciddiyyətlə qorunmalıdır. Kimsə bu hadisənin sonuncu olduğuna, bir daha təkrarlanmayacağına zəmanət verə bilməz”.

“Son 5-6 aydır ki, anti-inflyasiya, anti-böhran tədbirləri kompleks şəkildə həyata keçirilir. Son 4 aydır ki, bu tədbirlər daha da ciddi və ardıcıl, sistemli bir şəkil alıb. Düşünürəm ki, istər yanğın, istər qəsdən və ya ehtiyatsızlıqdan baş verə biləcək bütün hallara qarşı təhlükəsizliyin təmin olunması tam diqqət mərkəzində saxlanılmalıdır”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır