Kərə yağına pulu çatmayanların seçimi: Bu dəfə özləri “əriyir” - NƏ ETMƏLİ?
Iqtisadiyyat
Oxunub: 477
4 may 2022 | 16:52
Kərə yağına pulu çatmayanların seçimi: Bu dəfə özləri “əriyir” - NƏ ETMƏLİ?


Bu gün daxili bazarda satılan yağlarla bağlı məsələyə dəfələrlə toxunulsa da, vəziyyət dəyişmir.

Belə ki, hazırda yağ bazarında çox az çeşiddə kərə yağına rast gəlinir ki, onun da qiymətinin çox yüksək olması səbəbindən əhalinin əksəriyyəti ala bilmir. Gəlirləri kərə yağı almağa imkan verməyən əhali isə digər yağlara üstünlük vermək məcburiyyətindədir. Hazırda marketlərdə marqarin, palma, soya, günəbaxan, qarğıdalı yağı kifayət qədərdir. O da bir faktdır ki, bir sıra yağların üzərində açıq şəkildə soya yağı yazılsa da bəzi yağların, o cümlədən hazır məhsulların ən azı yarısında palma yağından istifadə olunduğu qeyd edilmir.

Maraqlıdır, əgər doğrudan da palma yağının keyfiyyəti ilə bağlı hər hansı problem yoxdursa, niyə beynəlxalq təşkilatlar palma yağının istifadəsini məhdudlaşdırmağa çalışırlar? Hazırda marketlərdəki palma yağını maye yağ kimi almasaq belə, istifadə etdiyimiz bir çox məhsulların tərkibində var və istehlakçılar bundan xəbərsizdir. Dilimlənmiş hazır çörəklərdə, şokoladda, biskvitlərdə, marqarində, hazır şorbalarda, pizzada, çipslərdə və digər məhsulların tərkibində bu yağ var. Ancaq beynəlxalq qurumlar belə fikirdədir ki, bu yağın istehsal üsulu həm insan sağlamlığına, həm nəfəs aldığımız havaya, həm də canlı təbiətə zərər verir.

Palma yağı dünyada ən çox istifadə edilən bitki yağıdır. Bir çox istehsal məhsullarında istifadəsi olduqca yüksək səviyyədədir. Məsələn, hələ bir neçə il öncə "Nutella"nın tərkibində 22 faiz palma yağının olduğu ortaya çıxmışdı. İndoneziya palma yağını da duru yağı kimi satır. Bununla belə, hələ 2014-cü ildə Avropa Birliyində qəbul edilən qanun qida məhsullarında palma yağından istifadə edən istehsalçıların həmin adı göstərməsini məcburi etdi. Lakin bu qayda kosmetik məhsullara şamil edilmir. Buna görə də istehlakçıların bir çoxu şampundan sabuna, dodaq boyasına qədər bir çox məhsulda palma yağından istifadə olunduğunu bilmirlər.

Palma yağının istehsalçılar üçün belə məşhur xammal olmasının müxtəlif səbəbləri var. Bu, tərkibində trans (doymamış) yağın yoxluğu, ərimə dərəcəsinin yüksək olması və istehsalının nisbətən ucuzluğu ilə bağlıdır. 2017-ci ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) başda Ferreronun sevilən markası olan "Nutella" olmaqla bir çox məhsulda istifadə edilən palma yağının xərçəng riski təhlükəsinə diqqət çəkərək, bu bitki yağının sağlamlığa və ətraf mühitə təsirlərini yenidən gündəmə gətirdi.

EFSA palma yağının 200 dərəcədən yüksək temperaturda emal edildiyi halda digər bitki yağlarına nisbətən daha çox kanserogen maddələrin yaratdığını açıqlayıb. Qeyd edək ki, təbii qırmızı rəngini dəyişmək və qoxusunu aradan qaldırmaq üçün palma yağı yüksək temperaturda emal edilir. EFSA ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da palma yağında GE olaraq bilinən kanserogen maddənin yaratdığı təhlükəyə diqqət çəkməksə də, palma yağının istehlak edilməməsini tövsiyə etməyib.

Digər tərəfdən, bəzi tədqiqatçılar onun yüksək doymuş yağ tərkibinə görə xolesterol səviyyəsini artıraraq infarkt və insult riskini artırdığını bildirirlər. Qızdırılan palma yağının yüksək təzyiqə səbəb olduğu da vurğulanır.

Ekoloji təhlükələr də var

Əslində ekoloji təşkilatlar deyirlər ki, ən böyük problem palma yağının özü deyil, onun yetişdirildiyi təsərrüfatlardır. Palma təsərrüfatları yağışlı, tropik meşələri olan ərazilərdə yaradılır. Bu meşələr isə oranqutan kimi heyvanların yaşadığı ərazidir. Həmin palma təsərrüfatlarına yer açmaq üçün meşələrin kəsilməsi və heyvanların bəzilərinin ovlanması səbəbindən bu heyvanların nəslinin kəsilmək təhlükəsi var. Məsələn, Borne oranqutanları bu təhlükə baxımından qırmızı siyahıdadır. Təhlükədə olan təkcə heyvanlar deyil. "Amnesty İnternational"-ın 2016-cı ildə hazırladığı hesabatda İndoneziyada təhlükəli şəraitdə hətta 8 yaşlı uşaqların da palma yağı istehsalında işlədildiyi aşkarlanıb. Palma yağı istehsalı da böyük meşə yanğınları ilə əlaqələndirilib.

Digər tərəfdən, meşə sahələrinin məhv edilməsi iqlim dəyişikliyinə mənfi təsir göstərir. 2005-2015-ci illər arasında Borneo adasında meşələrin qırılmasının 50 faizi palma təsərrüfatlarından qaynaqlanmışdı.

Həll yolu varmı?

Palma yağının istifadəsinə son qoymaq ən etibarlı həll ola bilər. Ancaq ekoloji təşkilatlar belə bir boykota çağırmır. Çünki onların fikrincə, palma yağı əslində effektiv məhsuldur. Daha dar ərazi və daha az pestisidlərdən istifadə etməklə daha çox məhsul istehsal oluna bilər. 1 ton yağ hasil edilən torpaq sahəsinə görə vəziyyət belədir: palma yağı 0,26 ha, kolza yağı 1,25 ha, günəbaxan yağı 1,43 ha, soya yağı 2 ha. Günəbaxan və ya soya kimi alternativ bitkilərdən eyni miqdarda yağ əldə etmək üçün daha çox torpaqdan istifadə etmək lazımdır. Bu da ətraf mühitə daha çox ziyan vurur.

Bundan başqa, palma yağı istehsalı bir çox insan üçün iş yeridir. Məsələn, İndoneziyada 5 milyon insanın bu sektorda çalışdığı bildirilir. Palma yağı istehsalçıları çıxış yolunu davamlı istehsalda görürlər. Cənub-Şərqi Asiyada palma yağı istehsalı son 30 ildə böyük artım göstərib. Böyük istehsalçıların isə əksəriyyəti indi gözünü Afrikaya dikib. Yəni istehsal tərzi dəyişməsə, palma yağının vurduğu ziyanın artmaqda davam edəcəyi görünür.

Azərbaycan bazarında "bolluğun kralı"

Azərbaycan xaricdən palma yağı alışını 50 dəfədən çox artırıb. Palma yağı Azərbaycanın hazırda idxal etdiyi ən böyük yağlar siyahısındadır. Azərbaycanın artıq cari ilin fevral ayında aldığı xam palma yağının xaricdən hər tonu üzrə orta qiyməti 1 656 dollar təşkil edib. Yanvarda isə hər ton üzrə orta qiymətin 1 464 dollar olduğunu nəzərə alsaq, bu da öncəki ayla müqayisədə 13.1% qiymət artımıdır. İllik müqayisədə isə Azərbaycanın bu yağlarının hər tonu üzrə xərci isə 42% artıb. Hələ bu, cəmi 4 gün müharibə olan fevraldakı qiymət artımıdır. Məsələn, həmin tarixdən sonra qlobal birjalarda və eləcə də Malayziya birjasında (Bursa Malaysia Derivatives Exchange ) xam palma yağının qiyməti 8 163 Malayziya rinqqitinə (MYR), yaxud 1 928 dollara yüksəlib.

Hazırda isə hər tonu birjada 1 610 dollardır. Pandemiyaya qədər bu yağ 500 dollar/ton qiymətindən ucuz ticarət olunurdu. Qiymət artımına səbəb Ukrayna-Rusiya müharibəsi göstərilir.

Bildirilir ki, duru yağlar olan qarğıdalı və günəbaxan yağının ən böyük ixrtacatçıları Rusiya və Ukraynadır və bunlar arasındakı müharibə təchizat zəncirini qırma risklərini böyüdür. Ehtimal edilir ki, Azərbaycanın daxili bazarında palma yağının komponentlərində iştirak etdiyi bir sıra qida məhsullarını bahalaşdıracaq. Azərbaycan 2022-ci ilin yanvarında 8 771 ton ($12.84 mln.) və fevralda isə 7 455 ton ($12.34 mln.) xam palma yağı idxal edib. Bu da ilk iki ayda 16 226 ton ($25.19 mln.) yağ fraksiyası idxal edilib. İdxal edilmiş xam palma yağının böyük hissəsi 14 413 tonu ($21.75 mln.) İndoneziyadandır. Malayziyada xam palma yağının bir tonunun qiyməti ( 1 dollar = 4.23 MYR). Palma yağından istifadə ilə bağlı ekspertlər də müxtəlif fikirdədirlər.

"Azad İstehlakçılar Birliyi" İB-nin sədri Eyyub Hüseynov bildirib ki, palma yağı ilə bağlı yayılan söz-söhbətlərin qaynağında reallıqdan daha çox iqtisadi-siyasi məsələlər dayanır:

“Qeyd edim ki, palma yağının qida üçün nəzərdə tutulmuş növü (toxumundan hazırlanan) normal yağlardır. Palmanın yarpağından və gövdəsindən hazırlanan yağlardan isə mətbəxdə istifadə edilməsə yaxşıdır”.

Rəsmi qurum olaraq AQTA isə bu barədə bildirib ki, palma yağı və tərkibində palma yağı olan məhsullara da baxış keçirilir, əgər onlar standartlara uyğundurlarsa, idxalına icazə verilir:

"Palma yağları həm texniki vasitələr üçün, həm də məişətdə istifadə etmək üçün istehsal olunur. Məişət üçün istehsal olunan palma yağlarının sağlamlığa zərər verməsi ilə bağlı heç bir elmi əsas yoxdur. Bu yağlardan istifadə etmək uyğundur. Amma söhbət texniki vasitələr üçün nəzərdə tutulan palma yağlarından gedirsə, təbii ki, bunların məişətdə istifadəsi yolverilməzdir. Hətta məişət üçün nəzərdə tutulan palma yağı da 200 dərəcə istilikdə qızdırıldıqdan sonra insan orqanizminə ziyanlı olur".

İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, əhalinin maddi durumu aşağı olduğu üçün belə yağlardan istifadəyə məcburdur:

“Əslində, ölkədə əhalinin maddi imkanları o qədər məhduddur ki, təbii kərə yağlarını almağa gücü çatmır. Camaat ucuz yağ axtarır, ucuz yağlar da palma və ya bunabənzər yağlar olur.Ucuz satılanların tərkibi qarışıqdır, onlar Azərbaycanda yenidən emal olunur, tərkibinə palma yağı vurulur. Çıxış yolu ölkə daxilində kənd təssərrüfatını inkişaf etdirmək və süd istehsalını genişləndirməkdir”.

Göründüyü kimi, bir sıra beynəlxlaq təşkilatlar, mütəxəsislər palma və bunabənzər yağların orqanizm üçün təhlükəli olduğunu söyləsələr də, hazırda daxili bazarda onlar hakimdır. Tərkibi təhlükəli olsa belə, onu istehlak edən aşağı gəlirli vətəndaşlar isə sakitcə "əriməkdədir".
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı
13-04-2024, 11:34
Antalyada kanat qəzası - Ölən və yaralananlar var
13-04-2024, 11:22
Kür çayında batan ata və 6 yaşlı qızının FOTOSU
13-04-2024, 11:17
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub