“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı — FOTOLAR
Iqtisadiyyat
Oxunub: 644
4 may 2022 | 13:04
“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı — FOTOLAR


“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu “Nar” tərəfindən şirkətin Baş İcraçı Direktoru Qunnar Panke, AKTİ tərəfindən isə ittifaqın sədri Yusif Vəliyev imzalayıb.

Memorandum çərçivəsində “Nar” və AKTİ tərəfindən Azərbaycanda könüllülük mədəniyyətinin təşviqinə dəstək məqsədilə ortaq tədbir və layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

“Ölkənin ən gənc mobil operatoru olaraq könüllülük işinin təşviqinə dəstəyimizi ifadə etməkdən məmnunluq duyuram. Əminəm ki, məhz könüllülərin tələblərinə uyğun şəkildə hazırladığımız xüsusi tarif onlar arasında daha rahat ünsiyyəti təmin etməklə təşkilatın ümumi işinə öz töhfəsini verəcək”, - deyə “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib.

İttifaqın sədri Yusif Vəliyev: “22 Könüllü təşkilatının üzv olduğu Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq “Nar” mobil operatoru ilə əməkdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycan könüllüləri üçün yeni imkanlar yaradacaq, könüllülüyün inkişafına öz töhvəsini verəcək”.

Qeyd edək ki, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuz olacaq.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

AKTİ - İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. Azərbaycanda könüllülüyün həyat tərzinə çevrilməsi və hər bir gəncin könüllülük təcrübəsindən keçməsi üçün şəraitin və imkanların mövcud olması Ittifaqın vizyonudur. Hal-hazırda İttifaqın 21 üzv könüllü təşkilatları vardır ki, respublika üzrə onların hərməylik göstərərək birgə fəaliyyəti təşkil olunur


“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı — FOTOLAR“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı — FOTOLAR
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?