Dollar bazarı “vurur”: Milli valyutalara böyük təzyiq - NƏ ETMƏLİ?
Iqtisadiyyat
Oxunub: 436
6 may 2022 | 18:50
Dollar bazarı “vurur”: Milli valyutalara böyük təzyiq - NƏ ETMƏLİ?


“Növbəti bir neçə iclasda əlavə 50 əsas bəndlik faiz artımı müzakirə edilməlidir”.

Bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel FED-in faiz dərəcəsini 50 bənd artırmasından sonra keçirdiyi mətbuat konfransında deyib. İnflyasiyanın çox yüksək olduğunu və bunun yaratdığı çətinliyin fərqində olduqlarını ifadə edən Pauel inflyasiyanın azaldılması üçün sürətli addım atdıqlarını qeyd edib.

İqtisadiyyatın son 2 ildə çətin yol keçdiyini və dayanıqlı olduğunu sübut etdiyini vurğulayan Pauel inflyasiyanın aşağı salınmasının hər kəsə fayda verən güclü əmək bazarı şərtləri üçün çox vacib olduğunu açıqlayıb. Pauel, həmçinin, bankın balansının ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq prosesinə başladıqlarını da bildirib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 50 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb. Bu, 2000-ci ildən bəri ən böyük faiz artımı olub.

Mövcud faiz artımı bazara necə təsir edəcək? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Ruslan Atakişiyev Cebhe. info-ya bildirib ki, ümumiyyətlə, FED-in son dövrlər apardığı siyasət və verdiyi qərarı əslində Amerika iqtisadiyyatının müasir dövrdə həm qarşıya qoyduğu hədəflər, həm də qlobal vəziyyətdə dəyişən proseslərə reaksiyasının daha da optimallaşması, bununla yanaşı kapital axını, qiymətli kağızlar bazarının stimullaşdırılması kimi məsələləri mütənasib qaydada tənzimləmək məqsədilə həyata keçirib:

“Bu baxımdan hesab edirəm ki, ABŞ iqtisadi baxımdan daha çox inteqrasiya olunmuş bir ölkədir və dünya iqtisadiyyatında məhsulun 50 faizdən çoxu Amerikadan kənarda formalaşır. O cümlədən də ABŞ dolları dünyada əsas valyuta mübadiləsində iştirak edir. FED də pandemiyadan çıxış vəziyyətinə uyğun olaraq bir neçə addımlar atmışdı. Pul emissiyasının artırılması, o cümlədən də bir sıra tədbirlərin görülməsi buna misal ola bilər. Eyni zamanda, son dövrlər ABŞ-ın dolayı yolla Rusiya-Ukrayna münaqişəsində iştirakı və bununla da maliyyə tənzimləməsi məsələləri fonunda bu addımlar məhz dolların qorunub saxlanması, o cümlədən iqtisadi stimulu həyata keçirmək üçün atılıb”.

Ekspertin fikrincə, FED-in dolların mövqeyinin möhkəmlənməsi, mübadilə vasitəsi, hegemon vəziyyətinin kimi qorunub saxlanması, bunun fonunda yuan, avro, rubl və digər valyutalara qarşı dolayısı və birbaşa təsiri olur:

“Dünyada son dövrlər Rusiya, Çin, Türkiyə və digər ölkələr dollardan imtinası və milli valyutadan istifadə məsələsi də gündəmə gəlib. Hazırda bu qərarlar da həmin məsələlərə reaksiyadır”.

Baş verən proseslərin devalvasiyaya gətirib çıxaracağına gəldikdə isə ekspert deyir ki, Azərbaycanda devalvasiya idarəolunandır:

“Daha çox hökumətin qərarına bağlıdır. Hər zaman müxtəlif proseslər nəticəsində təzyiqlər ya artır, ya da azalır. Ancaq o təzyiqlərin nisbəti və devalvasiya qərarı verilməsi hökumətin qərarı olduğuna görə təsirləri yumşaldır”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər