28-01-2016, 21:29 Oxunub: 639

Kredit güzəştləri ilə bağlı son qərar

"Bir qrupa kredit güzəşti edilsə, digəri də istəyəcək".
MüəllifElvin Məmmədov
Cümə axşamı, 28 Yanvar, 201618:08
Mənbə: ANS PRESS
Baxılıb: 4013
Facebook
Twitter
Google+
Səhv tapdınız? Sözü seçib CTRL+ENTER basın!
“Millət vəkilinin sözlərini şərh etmək düzgün olmaz. Amma mənim hökumətin kredit güzəştləri ilə bağlı razılığa gəldiyindən xəbərim yoxdur”.

ANS PRESS-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov millət vəkili Vahid Əhmədovun 10 min manata qədər kredit götürənlərə ediləcək güzəştlərlə bağlı hökumətin razılığa gəldiyi barədə verdiyi açıqlamalara münasibət bildirərkən deyib.
Kredit güzəştləri ilə bağlı son qərar
Samir Şərifov jurnalistlərə açıqlamasında deyib ki, bir qrup şəxsə kredit güzəşti edilsə, digəri də istəyəcək.
“Bu səbəbdən nəyə görə güzəşt edilməlidir? Bəzi bank müştəriləri borclarını ödəmir. Gözləmə mövqeyindədir ki, hökumət güzəşt edəcək. Borc götürən adam onu necə və hara xərcləyəcəyini bilməlidir”, - deyə Samir Şərifov bildirib.
Nazir bildirdi ki, dövlət ilk növbədə sosial təminat sektoruna diqqət göstərməlidir: “Biz bir qrup borc alanı digərlərindən fərqləndirməməliyik. Nəyə görə dövlət özəl bankla borcalan arasında münasibətlərə müdaxilə etməlidir? Banklar uzun müddət verdiyi yüksək faizdən əldə etdiyi gəlirləri nəzərə almaqla müştərilərinə güzəşt edə bilərlər. Məsələn, kreditlərin vaxtını uzatmaqla”.
Bir neçə gün əvvəl İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov dollarla kredit götürənlərin borclarını köhnə məzənnə ilə qaytarılması barədə hökumətlə ümumi razılığın əldə olunduğunu bildirmişdi.

“Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi niyə elə deyilib, düzü, şərh edə bilmirəm. O mənada ki, ümumi razılıq olubsa, yerinə yetirilməlidir. Qərara gəlinmişdi ki, 10 min dollara qədər istehlak kreditləri köhnə məzənnə ilə - 1,05 manatla ödəniləcək. Bu yaxınlarda da Samir Şərifov dedi ki, o vaxt banklar da kreditləri çox yüksək faizlərlə, 30-35 faizlə veriblər, - çox yaxşı ki, bunu boyunlarına alırlar – ona görə yaxşı olardı, özləri öz hesablarından versinlər. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır”, - deyə Vahid Əhmədov bildirmişdi.
Yanvarın 26-da isə Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.
E. Rüstəmov deyib ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər.
Azərbaycanda bəzi banklar kredit verməyi dayandırdı Azərbaycanda bəzi banklar kredit verməyi dayandırdı Iqtisadiyyat Dollar kreditləri ilə bağlı rəsmi açıqlama Dollar kreditləri ilə bağlı rəsmi açıqlama Iqtisadiyyat Kredit bataqlığından qurtarmaq üçün Kredit bataqlığından qurtarmaq üçün Iqtisadiyyat Dollarla krediti olanlara 3 faizlik güzəşt Dollarla krediti olanlara 3 faizlik güzəşt Iqtisadiyyat “Bu cür kreditlər yüksək faizlə verilir” – Elman Rüstəmov “Bu cür kreditlər yüksək faizlə verilir” – Elman Rüstəmov Iqtisadiyyat