6-12-2019, 17:17 Oxunub: 930

Şəmkirdə silsilə oğurluqlar edən şəxslər tutuldu

Şəmkirdə silsilə oğurluqlar edən şəxslər tutuldu


Şəmkir rayonunda evlərdən və mağazadan oğurluq edilib.
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayon ərazisində 7 fərdi yaşayış evindən və bir mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsi ilə satıblar.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
DİN əməliyyat keçirdi: “Qaqaş” və dəstəsi tutuldu (FOTOLAR) DİN əməliyyat keçirdi: “Qaqaş” və dəstəsi tutuldu (FOTOLAR) Hadise Gəncədə silsilə oğurluq edən Salyan sakini saxlanılıb (Yenilənib) Gəncədə silsilə oğurluq edən Salyan sakini saxlanılıb (Yenilənib) Kriminal Şəkidə və Goranboyda evlərə qənim kəsilən 2 nəfər ifşa olunub Şəkidə və Goranboyda evlərə qənim kəsilən 2 nəfər ifşa olunub Kriminal Şəmkir sakini əmisi oğlunun evindən oğurluq edib - Foto Şəmkir sakini əmisi oğlunun evindən oğurluq edib - Foto Kriminal Ağcəbədidə mağaza, Gəncədə isə qızıl oğruları saxlanılıblar Ağcəbədidə mağaza, Gəncədə isə qızıl oğruları saxlanılıblar Kriminal