28-04-2020, 16:17 Oxunub: 268

Əri bıçaqladı, arvadı polisdən gizlətmək istədi — Şəkidəki CİNAYƏTİN TƏFƏRRÜATI

Əri bıçaqladı, arvadı polisdən gizlətmək istədi — Şəkidəki CİNAYƏTİN TƏFƏRRÜATI


Şəkidə arvadını bıçaqlamaqda təqsirli bilinən Xəyyam Yusubov məhkəməyə apelyasiya şikayəti verib.
Onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Akif Eyvazovun sədrliyi ilə baxılacaq.

Məhkəmə baxış iclası mayın 6-na təyin olunub.

Qeyd edək ki, hadisə Şəki rayonunda baş verib.
Şəki Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubova hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, G.Yusibova əri tərəfindən bıçaqlanıb. 1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadını bıçaqladığı müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.
Bakıda ər arvadını bıçaqladı Bakıda ər arvadını bıçaqladı Kriminal Bakıda ər 22 yaşlı arvadını bıçaqladı Bakıda ər 22 yaşlı arvadını bıçaqladı Kriminal Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi — MƏHKƏMƏ Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi — MƏHKƏMƏ Kriminal Ağsuda dəhşətli cinayət — Ər arvadını namaz üstə bıçaqladı Ağsuda dəhşətli cinayət — Ər arvadını namaz üstə bıçaqladı Kriminal Kişi kafeda işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə Kişi kafeda işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə Kriminal