2-05-2020, 12:34 Oxunub: 299

DSX-dən əməliyyat: 5 nəfər saxlanıldı – FOTO

DSX-dən əməliyyat: 5 nəfər saxlanıldı – FOTO


Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınmışdır.

DSX-dən verilən məlumata görə, 1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlamışdır.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr – “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülmüşdür.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılmışdır.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilmişdir.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf etmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir./konkret.az/

DSX-dən əməliyyat: 5 nəfər saxlanıldı – FOTODSX-dən əməliyyat: 5 nəfər saxlanıldı – FOTO
DSX-nin sərhəd zastavasına SİLAHLI HÜCUM — baş leytenant yaralandı - FOTO DSX-nin sərhəd zastavasına SİLAHLI HÜCUM — baş leytenant yaralandı - FOTO Kriminal DSX-dan növbəti əməliyyat — 18 kq-dan çox narkotik ələ keçirildi DSX-dan növbəti əməliyyat — 18 kq-dan çox narkotik ələ keçirildi Kriminal Azərbaycan-İran sərhədində atışma — Elçin Quliyev hadisə yerində Azərbaycan-İran sərhədində atışma — Elçin Quliyev hadisə yerində Hadise İranla sərhəddə silahlı insident – Elçin Quliyev hadisə yerinə getdi İranla sərhəddə silahlı insident – Elçin Quliyev hadisə yerinə getdi Hadise İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb Hadise