2-05-2020, 13:44 Oxunub: 231

“Vasmoy” bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı

“Vasmoy” bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb.

Qafqazinfo xəbər verir ki, hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında “Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə “MTN işi” üzərindən gəlib. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Onlar ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və 2020-ci il aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər. Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən “Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.
MTN generalları “qırmızı zon”da MTN generalları “qırmızı zon”da Kriminal Akif Çovdarov məhkəmədən bəraət istədi Akif Çovdarov məhkəmədən bəraət istədi Hadise Akif Çovdarovun görüntüləri yayıldı - Foto Akif Çovdarovun görüntüləri yayıldı - Foto Hadise MTN-nin həbs edilən zabitləri: Adlar açıqlandı MTN-nin həbs edilən zabitləri: Adlar açıqlandı Siyaset MTN-də həbs olunan 3 nəfər kimin adamı imiş? — SİYAHI MTN-də həbs olunan 3 nəfər kimin adamı imiş? — SİYAHI Siyaset