4-05-2020, 13:31 Oxunub: 250

Kürdəmirdəki ağır qəza — ÖLƏN VƏ YARALANANLAR VAR

Kürdəmirdəki ağır qəza — ÖLƏN VƏ YARALANANLAR VAR


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan üç sərnişin hadisə yerində ölüb, dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.

Həmçinin bildirilir ki, “Nissan” avtomobilində olan dörd sərnişin də ağır yaralanıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən ağır avtomobil qəzasında daha bir nəfər ölüb.

Hadisə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
Kürdəmirdə dəhşət — Ruhi xəstə atasını bıçaqladı Kürdəmirdə dəhşət — Ruhi xəstə atasını bıçaqladı Kriminal Kürdəmirdə ağır qəza: 7 nəfər xəsarət aldı Kürdəmirdə ağır qəza: 7 nəfər xəsarət aldı Hadise Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub – FOTO Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub – FOTO Hadise Kürdəmirdə yol qəzasına uğrayan sürücünün bıçaqlandığı məlum olub Kürdəmirdə yol qəzasına uğrayan sürücünün bıçaqlandığı məlum olub Hadise İçərisində Rusiya vətəndaşları olan maşın Kürdəmirdə suya düşdü — Ölən və yaralananlar var İçərisində Rusiya vətəndaşları olan maşın Kürdəmirdə suya düşdü — Ölən və yaralananlar var Hadise