11-05-2020, 12:11 Oxunub: 249

Bakının mərkəzində əməliyyat – Tutulanlar var – FOTO

Bakının mərkəzində əməliyyat – Tutulanlar var – FOTO


Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu polis şöbəsinə gətiriblər. /Publika.az/
Paytaxtda narkotik alveri edən şəxslər tutuldu Paytaxtda narkotik alveri edən şəxslər tutuldu Hadise Bakının 4 rayonunda əməliyyat: 7 həbs Bakının 4 rayonunda əməliyyat: 7 həbs Kriminal Bakılı Bakılı "Pablo Eskobar"dan — XƏBƏR VAR Kriminal DİN: Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb DİN: Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb Hadise Narkotik və psixotrop dərman satanlar saxlanıldı Narkotik və psixotrop dərman satanlar saxlanıldı Hadise