26-06-2020, 15:48 Oxunub: 286

Azərbaycanda dəhşətli cinayət — Tanışını öldürüb basdırdı

Azərbaycanda dəhşətli cinayət — Tanışını öldürüb basdırdı


İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb.
N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində ekshumasiya edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Beyləqan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Azərbaycanda 25 yaşlı oğlan amansızlıqla öldürüldü – PULA GÖRƏ Azərbaycanda 25 yaşlı oğlan amansızlıqla öldürüldü – PULA GÖRƏ Kriminal Evin gələn qonağı öldürüb basdırdı — Lənkəranda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI Evin gələn qonağı öldürüb basdırdı — Lənkəranda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI Hadise Gədəbəydə itkin düşmüş şəxslə bağlı — DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI Gədəbəydə itkin düşmüş şəxslə bağlı — DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI Kriminal Hamı xaricdə olduğunu düşündü, əslində isə sevgilisi öldürüb – Azərbaycanda dəhşətli cinayət Hamı xaricdə olduğunu düşündü, əslində isə sevgilisi öldürüb – Azərbaycanda dəhşətli cinayət Kriminal Qadını maşında qətlə yetirib, meyitini küçəyə atdılar – Bakıda dəhşətli qətlin təfərrüatı Qadını maşında qətlə yetirib, meyitini küçəyə atdılar – Bakıda dəhşətli qətlin təfərrüatı Hadise