Xaçmaz sakini mübahisə etdiyi həmkəndlisini öldürüb - QƏTLİN TƏFƏRRÜATI
Kriminal
Oxunub: 601
5 apr 2021 | 12:01
Xaçmaz sakini mübahisə etdiyi həmkəndlisini öldürüb - QƏTLİN TƏFƏRRÜATI


Xaçmaz rayonunda həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Gündüz Məhərrəmovun cinayət işi.
Xaçmaz rayonunun Arzu kəndində 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqla qətlə yetirilib. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

Cinayəti törətməkdə şübhəli bilinən Gündüz Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Gündüz Məhərrəmov ifadəsində bildirib ki, İlqar Novruzovu qəsdən öldürmək fikri olmayıb. 2015-ci ildən etibarən o, hər dəfə sərxoş halda qarşısına çıxanda onu təhqir edib. İlqarın ifadələrini içkili olduğuna görə bağışlayıb. Uzun müddət təhqirlərə məhəl qoymamağa çalışsa da Novruzov sanki onu qəsdən sövq edirdi ki, Gündüz onunla dalaşsın.

Artıq onun bu hərəkətlərinə dözə bilməyən Gündüz günlərin bir günü İlqarı yumruqla vurub.

Son bir ayda İlqarın hərəkətləri artıq onu dözülməz vəziyyətə gətirib çıxarıb.

Həm özünün həmdə ailəsinin təhlükəsizliyi üçün İlqarla görüşüb bu hərəkətlərə bir dəfəlik son qoyulması qərarına gəlib.

Bu məqsədlə Novruzovun yaşadığı daxmaya gedib:
" Ora çatanda İlqarın meyvə bağlarının arasındakı cığırla evinə tərəf gəldiyini gördüm. Onunla salamlaşıb qaldığı yerə getdik. Oturan kimi İlqar başladı araq içməyə. Bir az keçmişdi başladı məni yenə söyməyə. Durdum ayağa dedim daha bəsdi üzr istə məndən. Başladı yenə daha sərt söyüşlər söyməyə. Artıq əsəbləşib cibimdən bıçağı çıxardıb onun başından bir neçə zərbə vurdum".

Məhərəmov ifadəsinin davamında bildirib ki, İlqar zərbələrdən sonra heç bir təsiri olmadığı kimi onun üstünə cumub. Dalaşa-dalaşa maşının yolunun kənarına gəliblər. Orada İlqara bıçaqla daha bir neçə zərbə endirib. Axırıncı zərbədən sonra Novruzon yerə yıxılıb. Gündüz qana bulaşmış bıçağı cibinə qoyub və yaxınlıqdakı çayxanaya gəlib.

Axşam saatlarında polis əməkdaşları evlərinə gələrək onu şöbəyə aparıblar. Orda bilib ki, İlqar Novruzov çoxlu qan itirdiyindən xəstəxanada ölüb.

Məhkəmə prosesi zamanı Gündüz Məhərrəmov itiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmənin hökmü ilə Gündüz Məhərrəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi