Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
Kriminal
Oxunub: 37
14 okt 2021 | 10:40
Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub


Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğa təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edərək, özünü 1918-ci ilin 28 may tarixində yaradılmış, müsəlman dünyasında ilk dünyəvi respublika olan və qadınlara ilk dəfə səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Qeyd olunur ki, Azərbaycan 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə və ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev San Dieqo şəhərinin meri T.Qloriyaya təşəkkür edərək, San Dieqo ilə Bakı arasında 2011-ci ildə yaradılmış və çoxsaylı tədbirlər və qarşılıqlı səfərlərlə son 10 il ərzində gücləndirilmiş tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib. 18 oktyabr 2021-ci ildə Bakı-San Dieqo tərəfdaşlığının 10-cu ildönümününün də tamam olduğunu qeyd edən baş konsul, bu münasibətlərin qarşıdakı dövrdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub
Bu gün, 14:16
DİN iki azyaşlının göbələkdən zəhərlənərək ölməsi barədə məlumat yayıb
Bu gün, 14:11
Nazirdən yeni rəis TƏYİNATI
Bu gün, 14:06
"Ordumuz Zəngəzurda bəzi əraziləri nəzarətə keçirib" - AÇIQLAMA
Bu gün, 13:47
Qazimizdən ŞİKAYƏT - Heçkim mənə iş vermir! Cənab Prezidentin nəzərinə
Bu gün, 12:23
Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü
Bu gün, 12:17
Facebook gələn həftə adını dəyişəcək
Bu gün, 12:12
Kamran Əliyev işdən çıxardığı prokurora yeni vəzifə verdi - FOTO
Bu gün, 11:34
Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi
Bu gün, 11:25
Zəngilanda televiziya və radio yayımı təmin olunub - FOTO
Bu gün, 09:16
XİN Zəngilanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi
Bu gün, 09:00
Zəngilanın işğaldan azad olunmasından 1 il ötür
Bu gün, 02:16
İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
Bu gün, 02:12
İsmayıllı Uşaq-gənclər İdman Şahmat məktəbi haqqında yazılanlara münasibət bildirdi
Dünən, 23:39
Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun... - SİYAHI
Dünən, 22:50
“Qaz və işığın bahalaşması qiymət artımına yol açacaq” - FAKT BUDUR!
Dünən, 22:22
“Sülhməramlılara qarşı yumşaq rəftar bizim böyük səhvimizdir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:48
“AZƏRBAYCAN ƏRAZİSİNDƏ ARTIQ ŞƏHİD VERMƏLİ DEYİLİK...” - ÇAĞIRIŞ
Dünən, 21:19
Bakı Təhsil İdarəsində “müsahibə oyunu” – Müəllim faktlar açıqladı
Dünən, 20:44
Respublika Stadionunun saxlanılmasına xərclənən pullar haradan gəlir, hara gedir? - İLGİNC FAKTLAR
Dünən, 20:23
Evi yanan şəhid anası çöllərdə qalıb... - “İcra başçısı başından edir”
Dünən, 19:46
Neftçalada Qarabağ Qazisi ÇƏTİN DURUMDA - NARAZILIQ!
Dünən, 19:19
"Möcüzəli sağlamlıq mərkəzində"dən “möcüzəli” saxtakarlıq - İLGİNC
Dünən, 18:50
18 il öncə torpağı 200 dollara verib, geri ala bilmir - GİLEY
Dünən, 18:20
Vaqif Həsənova SƏRT ETİRAZ... - Bu adamın MƏQSƏDİ NƏDİR?
Dünən, 17:45
Nazirlik buna MÜDAXİLƏ ETMƏLİDİR... - NARAZILIQ!
Dünən, 17:24
İlham Əliyevin 2025 hədəfi: O, nəyə çalışır? - TƏHLİL
Dünən, 16:38
"Azəriqaz"-ın rəhbəri 5 milyona otel tikdirir? - İDDİA