20-11-2019, 11:32 Oxunub: 343

Qaraciyərin vəziyyətini yaxşılaşdırmaq üçün 10 sadə məsləhət

Qaraciyərin vəziyyətini yaxşılaşdırmaq üçün 10 sadə məsləhət

Alkoqol, yağlı qida və ya dərmanlar qaraciyərə zərər vurduğu halda, bir neçə sadə məsləhət onun sağalmasına kömək edir.

“MedikForum” portalına istinadən orqanın vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə sadə üsulu təqdim edir:

Mümkün qədər tez-tez təzə məhsullar yemək. “Fast-food” mətbəxinin hazır yeməkləri və yarımfabrikatların tərkibində qaraciyərin işini ağırlaşdıran çoxlu yağ və şəkər var. Bu cür məhsulların əvəzinə təzə, emal edilməmiş inqrediyentlərə üstünlük vermək lazımdır. Bu, qaraciyəri qoruyur.

Alkoqol qəbuluna nəzarət etmək. Spirtli içki – qaraciyərin bir nömrəli düşmənidir, ona görə də ondan imtina etmək orqanın detoksasiyası üçün ən yaxşı addımdır. Məlumdur ki, alkoqol qaraciyər hüceyrələrini məhv edir, piylənməyə gətirib çıxarır və bu da qaraciyər serrozu ilə nəticələnir.

Su və ot çayları içmək. Bu cür vərdiş qaraciyərin təmizlənmə funksiyasını dəstəkləyir, orqana potensial toksik komponentlərdən sürətlə azad olmağa kömək edir. Qaraciyərin detoksasiyasına su, zəfəran, nanə, zəncirotu və alaqanqallı çay da yardımçı olur.

Qidanı sakit şəraitdə qəbul etmək. Stres və təlaş içində, ayaq üstə və ya sükan arxasında qida qəbulu həzm prosesini pozur, daha çox yeməyə səbəb olur, mədə və qaraciyəri həddindən artıq yükləyir. Həqiqətən də ac olanda yeyin və doyduğunuz halda dayanın. Qidanı tələsmədən sakit şəraitdə qəbul edin.

Doyumlu və ağır desertlərə can atmayın. Bu cür qidada yağ və şəkərin bolluğu qaraciyərin işini çətinləşdirir, ona görə də doyumlu və ağır destertləri hər gün yemək lazım deyil. Bunun əvəzinə tez-tez təzə meyvələrlə yağsız təbii yoqurt qəbul etmək daha doğrudur.

Dərmanlardan düzgün istifadə etmək. Yalnız həqiqətən də vacib və həkim tərəfindən yazılan dərmanları qəbul edin. Bir çox medikamentlər qaraciyəri zədələmək xüsusiyyətinə malikdir.

Siqaretdən imtina etmək. Qaraciyər hüceyrələrinin dağılmasına təkcə alkoqol səbəb olmur. Nikotinin də qaraciyərə ciddi zərbə vurması çox adama məlum deyil. Onun vəziyyətini yaxşılaşdırmaq istəyirsinizsə, siqareti atın.

Yetərincə yatmaq. Sağlam yuxu qaraciyər daxil olmaqla, bütün orqanizmdə reqenerasiya proseslərini stimulə edir.

Toksinlərdən qaçmaq. Ətraf mühitin toksinləri tez-tez özümüz də bilmədən qidaya nüfuz edir. Qaraciyərin ən pis düşmənlərindən biri kif göbələkləridir. Çörək və digər məhsullarda cüzi belə kif izi gördükdə, onları yeməyin.

Müayinə olunmaq. Qaraciyərin nə dərəcədə sağlam olmasını adi qan analizi verməklə yoxlamaq olar. Hər il qan analizi vermək 35 yaşdan yuxarı olan bütün insanlar üçün faydalıdır.
Aldadıldığını öyrənən qadın qaraciyərini ərindən — GERİ İSTƏDİ Aldadıldığını öyrənən qadın qaraciyərini ərindən — GERİ İSTƏDİ Hadise Azərbaycanda oğul qaraciyərinin 68 faizini anasına köçürdü: Anamın xəbəri yoxdur Azərbaycanda oğul qaraciyərinin 68 faizini anasına köçürdü: Anamın xəbəri yoxdur Medeniyyet Qaraciyəri qoruyan ərzaqlar — Piylənmənin də qarşısını alır Qaraciyəri qoruyan ərzaqlar — Piylənmənin də qarşısını alır Medeniyyet Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi – VİDEO Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi – VİDEO Hadise / Video 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK - FOTO 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK - FOTO Hadise
XƏBƏR LENTİ
21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək 15:17 | DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə