6-12-2019, 20:20 Oxunub: 180

Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL — Tolik, sənin padruqaların... - FOTO

Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL — Tolik, sənin padruqaların... - FOTO


"Aqşinə görə mənimlə düşmən olan insanlar var. Duetimizdən sonra məni gözü götürməyən insanlar çoxdur
"Ölkə.Az" Milli.Az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil"də aparıcı Tarix Əliyevin (Tolik) sualını cavablandırarkən Aqşin Fatehin duet ortağı Nəfəs deyib.

Aqşin onunla duetindən sonra bəzi məşhurların Nəfəslə düşmənçilik etməsinin səbəbini izah edib:

"Tolik, bilirsən niyə Nəfəsdən xoşları gəlmir? - Çünkü, Nəfəs xanımı artıq TREND-də 30 milyona yaxın insanlar izləyiblər. İllərin sənətçiləri var ki, çalışırlar vuruşurlar, bu uğuru əldə edə bilmirlər. Bu qısa müddət ərzində böyük bir uğur əldə edib. Bunu illərlə əldə edə bilməyən adamlar var".

Aqşinin açıqlaması Tolikin etirazına səbəb olub:

- E..., yenə TREND-dən yapışdı. Niyə? - Brilliant Dadaşovanın oxuduğu mahnı TREND-ə düşmürsə, o demək deyil ki, sizin ikinizin də sənətiniz Brilliant xanımın sənətindən böyükdür, yox! Brilliant xanımın sənəti bu gün şou-biznesdə 99,9 faiz müğənnilərdən üstündür. Səncə bu gün Alim Qasımov duet oxuyur və o TREND-ə düşmürsə, deməli, Alim Qasımovun sənəti hansısa meyxana deyənlərdən, ya da rep deyənlərdən azdır? Bu düz deyil. Uşaq-muşaq YouTube-da oturub gündə sizə 10 dəfə baxırsa bu o demək deyil sizin sənətiniz ordadır. Duet oxuyun sonra danışaq.
- Yox, mən sözümü deyim sonra. Həmişə kəsirsən. Alim Qasımovun sahəsi başqadır sənətdə, Brilliant Dadaşovanın sahəsi başqadır. Onlar öz sahələrində 1 nömrədirlər. Mənim sahəmdə, mənim yolumda... Sən mənə ordan sual ver.

- İstəyirsiniz 27 milyon yox e, 270 milyon baxışınız olsun, siz deyə bilmərsiniz ki, mən nömrə birəm.

- Niyə gözünüz götürmür? Tolik, sənin padruqaların TREND-ə düşmür deyə niyə belə danışırsan?

- Padruqalarım kimdir mənim? Adını de, ad denən mənə. Kimdir mənim rəfiqələrim, kimi deyirsən? Mənim rəfiqəm yoxdur şou-biznesdə. Mənim şou-biznesdə iki dostum var. Bura gələnlərin heç biri mənim rəfiqəm deyil. Necə mən Nəfəsə xanım deyirəm, onlara da onu deyirəm. Ondan artıq qətiyyən! Nə onlara borcum var, nə onları burada tərifləyirəm, nə də bir şey.

Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL — Tolik, sənin padruqaların... - FOTOEfirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL — Tolik, sənin padruqaların... - FOTO
Bəzi məmurlar kreslosu ilə fəxr edir — Tolik Elzadan danışdı, məmurları TƏNQİD ETDİ Bəzi məmurlar kreslosu ilə fəxr edir — Tolik Elzadan danışdı, məmurları TƏNQİD ETDİ Medeniyyet Azərbaycanlı ailəli müğənninin başqa şəxsdən iki uşağı var imiş — Tolik sirrləri açdı Azərbaycanlı ailəli müğənninin başqa şəxsdən iki uşağı var imiş — Tolik sirrləri açdı Medeniyyet “İlhamənin sağlığında qorxurdular, indi Floranı kraliça ediblər” – Tolik “İlhamənin sağlığında qorxurdular, indi Floranı kraliça ediblər” – Tolik Medeniyyet Tolik: “Sənə söyüşü yedizdirəcəyəm” – Foto Tolik: “Sənə söyüşü yedizdirəcəyəm” – Foto Medeniyyet Brilliant Dadaşova erməni musiqiçiyə tərif yazdı - FOTO Brilliant Dadaşova erməni musiqiçiyə tərif yazdı - FOTO Maraqli