13-01-2020, 11:53 Oxunub: 374

Xatirə Novxanı yolundan şikayətçidir - “Evimizə gedə bilmirik”+Video

Xatirə Novxanı yolundan şikayətçidir - “Evimizə gedə bilmirik”+Video


Müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yolların bərbad hala düşməsindən şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, yolların dağılması səbəbindən evinə gedə bilmədiyini deyən ifaçı 7 aydır bu problemlə üz-üzə qaldıqlarını bildirib. O, sakinlərin adından Binəqədi rayon İcra Hakimiyyəti başçısına müraciət edib:

“Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik, Binəqədi rayon İcra Hakimiyyəti başçısı bu işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Bunu qazdıran insan yenidən bağlamalı idi. Vəziyyət çox pisdir. Hər gün maşınlar sürüşüb bir-birinə dəyir. İnsanlar ziyan çəkir”.

Qeyd edək ki, Xatirə öz avtomobili ilə də elə çəkiliş zamanı yoldan keçmək istəyərkən digər maşınları əzib. Müğənni dəyən ziyanı ödəyəcəyinə söz verib.

Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO Sosial / Video Ağstafanın icra başçısı buraları görmür? - GİLEY Ağstafanın icra başçısı buraları görmür? - GİLEY Bolge Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib Siyaset Xatirənin udduğu avtomobili kimə hədiyyə etdiyi məlum oldu Xatirənin udduğu avtomobili kimə hədiyyə etdiyi məlum oldu Maraqli İcra başçısına: Bu yoldan bir dəfə keçin İcra başçısına: Bu yoldan bir dəfə keçin Gundem