21-05-2020, 12:06 Oxunub: 99

"Bunun üçün çox peşman oldum" — Türkan Vəlizadədən səmimi ETİRAF

"Bunun üçün çox peşman oldum" — Türkan Vəlizadədən səmimi ETİRAF


“Hər kəs bu sənətdən vaxtı çatanda ayrılmalıdır. Necə deyərlər “hər aşığın öz dövranı var”. Bu sənətdə olan insanların mütləq ikinci peşəsi olmalıdır. Ona görə yaşım keçmədiyi üçün ali təhsil almaq istəyirəm”.
Bu sözləri ifaçı Türkan Vəlizadə ATV-də yayımlanan “7 canlı” verilişində deyib. Daha sonra o, vaxtilə universitetə qəbul olsa da, maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilmədiyi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mən Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşdum. Maddi imkansızlıqdan təhsilimi davam etdirə bilmədim. Çünki daxil oluğum fakultə ödənişli idi. Sonradan təhsilimi davam etdirə bilmədiyim üçün çox peşman oldum . Atam fəhlə işləyib, məni oxudurdu. Ancaq ailədə olan sıxıntıları gördükdən sonra, təhsilimi yarımçıq tərk etmək qərarına gəldim. Ailəm çox istəyirdi ki, mən ali təhsil alım”, - deyə, o, bildirib.

Daha sonra Türkan ailə qurmamasının səbəbini də açıqlayıb:

“Hazırda pul qazanıram, ailəmə baxıram. Mən də ailə qurmaq istəyirəm, ancaq indi bu mümkün deyil. Çünki ailəm qarşısında müəyyən öhdəliklərim var ”- deyə, o, vurğulayıb.

Türkan Vəlizadə: “Açıq geyindiyimə görə, məni alan olmayacaq” – VİDEO Türkan Vəlizadə: “Açıq geyindiyimə görə, məni alan olmayacaq” – VİDEO Medeniyyet / Video 19 ildən sonra tələbə adını qazanan Günel 19 ildən sonra tələbə adını qazanan Günel Medeniyyet “7 min nəfər təhsilhaqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib” “7 min nəfər təhsilhaqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib” Sosial Təhsil haqqını ödəyə bilməyən tələbədən ürəkparçalayan müraciət – FOTO Təhsil haqqını ödəyə bilməyən tələbədən ürəkparçalayan müraciət – FOTO Sosial Ucar sakini millətindən kömək istəyir... - Müraciət Ucar sakini millətindən kömək istəyir... - Müraciət Bolge