22-05-2020, 13:16 Oxunub: 59

"Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar..." — Faiq Ağayev Mədəniyyət nazirliyindən yazdı

"Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar..." — Faiq Ağayev Mədəniyyət nazirliyindən yazdı


Xalq artisti Faiq Ağayev onu Mədəniyyət naziri vəzifəsində görmək istəyən sevənlərinə təşəkkür edib.
Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edilib. Bundan sonra cəmiyyət nazirlik postunda görmək istədikləri namizədlərin adlarını sadalayıblar. Bu namizədlərdən biri də Xalq artisti Faiq Ağayev olub. Pərəstişkarları sənətçiyə sosial media vasitəsilə Mədəniyyət naziri kimi onu görmək istədiklərini yazıblar.

Faiq Ağayev isə sosial şəbəkə vasitəsilə pərəstişkarlarına təşəkkür edərək, qeyd edib.

"Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!

O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək.

Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki..."

"Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar..." — Faiq Ağayev Mədəniyyət nazirliyindən yazdı
Faiq Ağayev: Faiq Ağayev: "Biz müğənnilər yiyəsizik" Medeniyyet Xalq artisti millət vəkili olmaq istəyir? — VİDEO Xalq artisti millət vəkili olmaq istəyir? — VİDEO Medeniyyet Faiq Ağayev bu dövlət qurumunu TƏNQİD ETDİ — FOTO Faiq Ağayev bu dövlət qurumunu TƏNQİD ETDİ — FOTO Medeniyyet Faiq Ağayev əlil uşaqları belə sevindirdi — VİDEO Faiq Ağayev əlil uşaqları belə sevindirdi — VİDEO Medeniyyet / Video Faiq Ağayev: Faiq Ağayev: "Heç vaxt qaşımı almamışam" Medeniyyet