22-05-2020, 15:39 Oxunub: 100

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi — FOTO

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi — FOTO


Tanınmış şair, nəsimişunas Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) vəfat edib.
O.İsmayıllı doğulub boya-başa çatdığı və işlədiyi doğma kəndində dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Fərzəliyev 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N. Tusi adına ADPU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-cı ildə təyinatla Laçın rayonuna göndərilmiş və 3 il həmin rayonun Şeylanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.

1979-cu ildən indiyədək Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin “Şərəf kitabı”na yazılıb.
Oqtay İsmayıllı 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında əsasən şeirlərlə çıxış edib. Şeirləri “Yaşıl budaqlar”, “Azərbaycan”, “Poeziya günü”, “Dağ çiçəkləri”, “Abşeron inciləri”, “XX əsr Şirvan şairləri” almanaxlarına salınıb. O, dərc olunmuş 50-dən artıq elmi-kütləvi məqalənin, çoxsaylı mədəni, ictimai-siyasi xarakterli yazıların müəllifidir. Doğma kəndinin keçmişi ilə bağlı yazdığı iri həcmli tarixi-etnoqrafik məqalə rayon qəzetində hissə-hissə dərc olunub, sonra Lətifə xanım Əliyevanın “Diyallı” kitabına daxil edilib.

Oqtay İsmayıllı 3 kitab müəllifidir. “Dodaqla dil arasında” 2007-ci, “Rübailər” 2008-ci, “Müqəddəs söz günü” 2012-ci ildə nəşr edilib. (Publika)

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi — FOTO
Azərbaycanlı Xalq artisti vəfat etdi — FOTO Azərbaycanlı Xalq artisti vəfat etdi — FOTO Medeniyyet Azərbaycanda şəhid atası olan VƏZİFƏLİ ŞƏXS vəfat etdi — FOTO Azərbaycanda şəhid atası olan VƏZİFƏLİ ŞƏXS vəfat etdi — FOTO Hadise Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI Siyaset Azərbaycanda general vəfat etdi Azərbaycanda general vəfat etdi Hadise İşə müəllimliklə başlayan nazirlərimiz - Siyahı İşə müəllimliklə başlayan nazirlərimiz - Siyahı Siyaset