23-05-2020, 13:00 Oxunub: 111

''Mənim təmtəraqla aram yoxdur'' — 59 yaşlı Nailə Mirməmmədli

''Mənim təmtəraqla aram yoxdur'' — 59 yaşlı Nailə Mirməmmədli


Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür.
Bəstəkar özəl günündə "Ölkə.Az"-ın əməkdaşının suallarını cavablandırıb.

O ilk təbrikini ailəsindən aldığını bildirib.
''Məni ilk təbrik edən ailə üzvlərim və nəvəm olub. Ancaq bir gün əvvəlcədən, yəni dünən axşam saatlarında məni birinci təbrik edən Xalq artisti Röya Ayxan olub. İkimiz də eyni verilişdə çəkilişdə idik. Əlində hədiyyə ilə mənə yaxınlaşıb təbrik etdi. Mən doğum günümdə kim mənə hədiyyə verdi, kim vermədi deyə fikirləşmirəm. Xüsusilə də karantində bizim dəyər anlayışımız yaxşı mənada dəyişib. Mənim üçün əsas olan səmimiyyətdir. Süni, mənfəətə görə olan təbrikləri isə xüsusilə sevmirəm. ''Məni tələbə olaraq götürsün'', ''Mənə mahnı versin'' deyə fikirləşib məni təbrik etmələrini istəmirəm. Kimsə təbrik edəndə onun səmimi qəlbdən olub olmamasını hər zaman hiss etmişəm''.
Əməkdaşımızın ''Doğum gününüzü təmtəraqlı qeyd edirsiniz?'' sualına o, cavab olaraq sadəliyə üstünlük verdiyini söyləyib.

''Mənim təmtəraqla aram yoxdur. Hamı bilir ki, Hikmət Mirməmmədli mənim doğum günümdən bir gün əvvəl rəhmətə gedib. Ona görə də mən heç vaxt doğum günümü qeyd etmək fikrində olmuram. Həmişə ehsan verirəm, eşidib-bilən də gəlir''.
Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO Medeniyyet "Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm" - Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb Medeniyyet Nailə Mirməmmədlinin özündən gözəl  qızının  FOTOLARI Nailə Mirməmmədlinin özündən gözəl qızının FOTOLARI Medeniyyet Nailə Mirməmmədlinin özündən gözəl  gəlininin  heç yerdə görmədiyiniz - FOTOLARI Nailə Mirməmmədlinin özündən gözəl gəlininin heç yerdə görmədiyiniz - FOTOLARI Medeniyyet Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi Siyaset