Erməni vandalizminə qarşı Azərbaycan xalqının mənəvi dəyəri-VƏTƏN SEVGİSİ
Medeniyyet
Oxunub: 678
26 mar 2021 | 12:40
Erməni vandalizminə qarşı Azərbaycan xalqının mənəvi dəyəri-VƏTƏN SEVGİSİ




Vətən müharibəsi zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bu möhtəşəm zəfər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərin döyüş əzminin, azərbaycançılığın qələbəsi oldu. Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu da yüksəltdi.

Dövlət başçısının 30 illik erməni işğalından azad edilmiş bölgələrə davamlı səfərləri Qarabağın bərpası və dirçəlişi kimi irimiqyaslı və uzunmüddətli tarixi prosesə stimul və təkan verməklə yanaşı, həm də beynəlxalq aləmə göstərir ki, bu qədim torpaqların əsil sahibləri kimlərdir. Prezident İlham Əliyev Qarabağın xarabazara çevrilmiş şəhər və kəndlərinə səfərləri zamanı bütün dünyaya göstərir ki, işğalçılar bu yerlərə yad olduqlarına görə ələ keçirdikləri hər yerdə maddi və mənəvi sərvətlərimizi oğru kimi qarət ediblər, yerdə qalanları isə vandalcasına tamamilə dağıdıblar. Ermənilər 30 ilə yaxın bir zaman kəsiyində işğal etdikləri Azərbaycan torpaqlarında daş üstə daş qoymayıblar, hətta yaşadıqları, qanunsuz olaraq məskunlaşdırdıqları əraziləri viran qoyublar. Bu sübut edir ki, azərbaycanlılara qarşı qatı nifrət üzərində köklənən erməni toplumunun yeganə hədəfi xalqımızın izlərinin bu torpaqlardan silinməsi olub. Azad edilmiş torpaqlarda 67 məsciddən cəmi 2 məscid qalıb, onlardan da, dindən başqa, müxtəlif məqsədlər üçün istifadə ediblər. Erməni qəbskarlarının ərazilərimizdə abidələrin saxtalaşdırılması istiqamətində apardığı işlər Ermənistanın özünü təsdiqləmək, tarixini, mədəniyyətini yaratmaq siyasətinə xidmət edib. 30 ilə yaxın işğal altında olan tarixi və memarlıq abidələrimiz olan Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Horadizdə İmamzadə türbəsi, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Şuşada məscidlər, Hünərli kəndində Alban kilsəsi... və onlarla belə tarixi əhəmiyyətli abidələrimiz dağıdılıb, məhv edilib. Erməni işğalçıları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-ci il tarixli Konvensiyanı kobudcasına pozaraq Qarabağda Azərbaycanın qədim tarixə aid abidələri, faktları məhv etməyə, özünkiləşdirməyə çalışıblar. Əlbəttə ki, Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir.

Ermənistan dövləti öz saxta tarixlərini Azərbaycanın qədim tarixi hesabına dünyaya tanıtmaq istəyirlər. Azərbaycanın tarixi ərazilərində yerləşən daş dövrü insanların yaşayış yeri kimi məhşur olan Azıx mağarasında ermənilər qanunsuz arxeoloji işlər aparmışdılar: "Azıx mağarası dünyanın ən qədim insan yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar"- deyən Prezident İlham Əliyev bir daha dünyaya Azərbaycan həqiqətlərini, həm də göz önündə olan erməni vandalizmini, vəhşiliyini göstərmiş oldu.

Vətən müharibəsi Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirdi. Erməni vandalizminə, vəhşiliyə, işğalçı siyasətinə, faşizm ideologiyasına qarşı - Qarabağı erməni barbarlığından xilas edən Azərbaycan döyüşçüsünün yüksək mənəvi dəyərləri.Azərbaycanın qəhrəman əsgər və zabitləri döyüş meydanında nümayiş etdirdikləri rəşadətlə, mülki şəxslərə qarşı sərgilədikləri humanizmlə xalqımızın bəşər tarixində ən mədəni və ən qəhrəman xalqlardan biri olduğunu sübuta yetirdilər.

Bu gün Azərbaycanda bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, bərpa olunur.

Bildiyimiz kimi, əhalisinin 96 faizinin müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir qarşılıqlı hörmət və sülh şəraitində yaşayır. Bu xalqımıza məxsus olan dəyərdir, xalqımızın tolerantlığının göstəricisidir.

Vətən müharibəsində qazanılan zəfər xalqın qələbəsidir. Xalq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı zəfəri işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri ilə tamamlayacaq. Hər birimizin, hər bir azərbaycanlının payı olacaqdır bu quruculuq işlərində. Burada ölçü vahidi, şübhəsiz ki, VƏTƏN SEVGİSİ olacaqdır!

Razıgül Dadaşova,

YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının sədr müavini
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?