Sədərəkdə Prezidentin Sərəncamına məhəl qoyan yoxdur – Oranın öz xanı, öz dərəbəyi var
Bolge / Video
Oxunub: 986
12 may 2021 | 21:18
Sədərəkdə Prezidentin Sərəncamına məhəl qoyan yoxdur – Oranın öz xanı, öz dərəbəyi var


Ötən il rayonun ağaclarını kəsməsiylə gündəmə gələn Sədərək rayonunun icra başçısı Həbib İbrahimov polis rəisini və öz müavinini qurban verməklə canını cəzadan qurtara bildi. Amma deyəsən, bu yüngül bədəl icra başçısını yeni qanunsuzluqlara həvəsləndirib. Necə olsa, keçmiş müavinini Mahir Vəliyev adlı birisi əvəz edib. Uzaq başı, bu dəfə də onu qurban verəcək, yerinə bir başqasını götürüb qaz vurub qazan doldurmağı sürdürəcək. Nə çoxdur Sədərəkdə könüllü günah keçiləri.



Ovqat.com-a Sədərəkdən göndərilən şikayət məktubundan belə anlaşılır.

Şikayətçinin bildirdiyinə görə, Sədərəkdə nəinki qanunların tələbləri, hətta Prezidentin Sərəncamları da keçmir. Burada keçən yalnız bir tələb var: İcra başçısının göstərişləri. Rayonun icra başçısı istəsə, Sədərəyin müəllimlərini, həkimlərini, istənilən dövlət idarəsinin müdirindən tutmuş kargüzarına qədər bütün işçilərini fəhlə və süpürgəçi kimi işlədər, heç kim də ona söz deyə bilməz. Nədən ki, Sədərək rayonunun bütün əhalisi onun dilsiz-ağızsız nökərləridir. Kimin həddi nədir, Sədərək “dərəbəyi”nin sözünün üstünə söz deyə.

Mətləbə az dəxli olan və şikayətçinin təhlükəsizliyini nəzərə alaraq etdiyimiz bəzi vacib ixtisarlarla, redaksiyamıza ünvanlanan məktubu diqqətinizə çatdırırıq.

“Salam, hər vaxtimiz xeyir. Mən sizi Naxçıvan MR Sədərək rayonundan narahat edirəm. Adım Züleyxadır (ad şərtidir). ... saylı məktəbdə müəllimə işləyirəm.

Sizdən bir Azərbaycan qadını kimi xahış edirəm mənim bu şikayətimi işıqlandırın.

Prezidentin Sərəncamına görə, ayın 9-dan 16-a kimi iş günü deyil. Buna baxmayaraq, Sədərək rayon İcra başçısı Həbib İbrahimov tətili ləğv edib, hər gün rayondakı bütün idarə və müəssisələri, o cümlədən xəstəxana və təhsil işçilərini, bir sözlə dövlət işində işləyənlərə iş günü elan edib. Bu işə nəzarəti isə özünün təyin etdiyi müavin əvəzi Mahir Vəliyevə tapşırıb. Mahir də hər gün idarə işçilərini iməcliye aparır. Camaatı qul kimi bu işlədirlər. Yolun kənarlarını otunu unversitet bitirmiş insanlara biçdirirlər. Həbib İbrahımov yol idarəsi, kommunal idarələrin “oklad”larini yediyi üçün onların islərini həftənin 6 günü idarə işçilərinə gördürür.

Bundan əlavə, özü 100 hektar arpa, 50 hektar yonca əkib. Kanal su gəldikdə ancaq onun sahəsinə gedir. Kasıb camaatın isə əkini yanır. Çox-çox xahiş edirəm, köməklik göstərin, paylasinki bəlkə kimsə görə, bizi bu insafsızların əlindən qurtara”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi