Camaat 10 milyonu yeyir heç zad olmur, sən tutmusan ki, 10 min belə getdi." - Prorektordan şübhə doğuran cavab...
Gundem / Sosial
Oxunub: 1 012
18 in 2021 | 12:03
Camaat 10 milyonu yeyir heç zad olmur, sən tutmusan ki, 10 min belə getdi." - Prorektordan şübhə doğuran cavab...


DogruXeber.az: - Son günlər media gündəmində məşhur olan adlardan biri də Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevadır.

Hansı ki, adı korrupsiya faktları ilə yanaşı çəkilən xanımın çox keçmədi ki, elə bu qalmaqallı söhbətlərinə daha yeni biri də əlavə olundu.
Demək, saytlardan birinin "qayğıkeş rəhbər, ağbirçək ana" adlandırdığı Nurlana xanım Əliyevanın sosial media nümayəndələrindən birinə müsahibə verərkən istifadə etdiyi təhqiramiz ifadələri gündəmdə yeni partlayışa səbəb oldu.

Yüzlərlə gəncin təhsil aldığı müəssisəyə rəhbərlik edən xanıma, rəhbərə yaraşmayan ifadələrlə müsahibə verən Nurlana xanım Əliyeva mətbuatla bu cür danışmağı yəqin qudası Hadı Rəcəblidən öyrənib. Hansı ki, Hadı müəllim də Bilgəhdəki "See Breza" restoranında nəvəsinə toy edən vaxtı mövqeyini öyrənmək istəyən jurnalistlərə verdiyi cavablar da o zamanların gündəm mövzusu idi.

M.Ə.Sabir adına pedaqoji kolleci də daxil olmaqla, digər müəssisələrdə uzun illər rəhbər vəzifələrdə çalışan xanım professor KİV haqqında bilməli olduğu qanunlardan hələ də məlumatsızdır.

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Əslində KİV haqqında qanunun 8-ci maddəsini bir daha xatırlatmaqda sözümüzün canı var.

Bu aralar media gündəmində tez-tez qabardılan məsələlərdən biri də tender məsələsidir.

Hansı ki, bir çox qurumlar "tender" adı altında Dövlət büdcəsini talan ediblər. Bu cür qurumlardan bir neçəsinin iç üzü artıq meydana çıxıb və içtimailəşdirilib də.

"DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına bu cür "tender"lərdən birinin də BSU universiteti ilə "AZEDUNET"MMC arasında baş tutması barəsində məlumat daxil olub.

Daxil olan məlumatda bildirilir ki, 07.05.2021-ci il tarixdə BSU-i katirovka sorğusu baş tutmadan, "AZEDUNET" MMC ilə internet xidmətiylə bağlı 9.440 (doqquz min dörd yüz qırx) azn məbləğində müqavilə imzalanıb.

Biz də sözügedən məlumatla bağlı yaranmış suallarımızı cavablandırması üçün BSU-nin prorektoru Nurəddin müəllim ilə əlaqə saxladıq.

Nurəddin müəllimə telefon açıb, özümüzü təqdim etdikdən sonra redaksiyamıza daxil olmuş məlumat barəsində qısaca bildirib, mövqeyini soruşduq.

Nurəddin müəllim cavab verdi ki:
- "Mən xəstəyəm, işə çıxmıram. Hə onunla bağlı məlumatım var, deyəsən nazirliyə məktubla ediblər."

Biz:
- "O zaman biz müvafiq addımlarımızı ataqmı?"

Nurəddin müəllim daha da özündən çıxaraq aqressiv şəkildə danışmağa başladı:
- "Mən sizə heç nə məsləhət vermirəm. Deyirəm xəstəyəm. Ölürəm. Nə addım atacaqsan? Camaat 10 milyonu yeyir heç zad olmur, sən tutmusan ki, 10 min belə getdi."

Nurəddin müəllimin əməkdaşımızla aqressiv dialoqu onu göstərdi ki, Nurlana xanımın rəhbərlik etdiyi müəssisənin əksər məsul işçiləri də mətbuata qarşı eyni münasibətdədirlər.

Bu cür aqressiv, hətta sözün əsl mənasında kobud davranışından sonra Nurəddin müəllimin diqqətinə çatdırdıq ki, redaksiyamızda bütün danışıqlar qeydə alınır.

Nurəddin müəllim bu dəfə mülayim şəkildə gülərək:
"Mən nə dedim ki, sizə. Söyüş söymədim, bir şey eləmədim" - deyə cavab verdi.

Sən demə Nurəddin müəllim mülayim də danışa bilirmiş...

Beləcə Nurəddin müəllim ilə söhbətimizi bitirib, ardınca Nurlana xanım Əliyevanın telefon nömrəsini yığdıq. Telefonu götürdükdə özümüzü təqdim edən kimi xanım "sonra danışarıq, başqa yerdəyəm" - deyib telefonu söndürdü.

Bundan sonra növbəti addımımız BSU-nin elektron poçtuna 25.05.2021-ci il tarixində rəsmi sorğu göndərmək oldu.
Rəsmi sorğumuzda ünvanınladığımız:

1. Bakı Slavyan Universitetinin “AZEDUNET” MMC ilə İnternet xidmətləri üzrə müqaviləni müvafiq kotirovka sorğusu baş tutmadan bağlaması haqqında məlumat nə dərəcədə doğrudur?
Əgər doğrudursa, hansı zərurətdən yaranıb və nə dərəcədə qanuna müvafiqdir?

2. Bakı Slavyan Universitetinin bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsinin səbəbini “Dövlət satınalma portalı”nda göstərməməsinin səbəbi nədir?

3. "AZEDUNET" MMC -nin texnoloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?

4. "AZEDUNET" MMC-nin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

5. "AZEDUNET" MMC-nin müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb? – suallarımız isə bu günə qədər də cavablandırmayıb.

Hansı ki, biz sorğunu göndərdikdən dərhal sonra rektorun köməkçisi ilə telefon əlaqəsi saxlayıb, elektron poçta sorğu göndərdiyimiz barədə məlumat vermişdik. Köməkçi bizimlə danışarkən kompüter önündə olduğunu və göndərdiyimiz sorğunu artıq gördüyünü də bildirmişdi.

Lakin, sözügedən təhsil müəssisəsinin səlahiyyətli şəxslərinin sorğumuzu cavablandırmamaları müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.

Sorğumuzun cavablandırılmamasını elə Nurlana xanım Əliyevanın məntiqi ilə düşünsək, redaksiyamıza daxil olan məlumatın həqiqət olduğunu hesab etmək olar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub