Hapıt dilinin tədris edilməsinin zərurəti haqqında Arayış
Sosial
Oxunub: 821
2 iy 2021 | 09:49
Hapıt dilinin tədris edilməsinin zərurəti haqqında Arayış



Dünyada müasir sosiomədəni reallıq, intensiv qloballaşma prosesləri yeni çağırışlar törədir, hansılar ki, ənənəvi mədəniyyətin elementlərinin tədricən itməsinə gətirib çıxarır, ələlxüsus lokal etnik birliklərdə. Bunların hamısı cəmiyyəti etnomədəni mühiti, qloballaşma şəraitində maddi və qeyri-maddi mədəni irsin saxlanması problemini yenidən dərk etməyə vadar edir. Bu sahədə Azərbaycan Respublikasında aparılan çoxmədəniyyətlilik dəyərlərinə əsaslanan milli siyasət beynəlxalq ictimayyət və ayrı-ayrı dövlətlər tərəfindən nümunə kimi qəbul olunur. Son illərdə müxtəlif etnik birliklərin dillərində tədrisin təşkil olunması, onların tarixinin və mədəniyyətinin öyrənilməsi və təbliği bu sahədə görülən işlərdəndir.
Azərbaycanda yaşayan etnik birliklərdən biri də hapıtlardır. Şahdaq xalqlar qrupunu daxil olun bu xalq qədim tarixə, özünəməxsus dilə və zəngin mədəniyyətə malikdir. Bir çox tədqiqatçıların fikrincə bu etnos Qafqaz Albaniyasında yaşamış tayfalardan birinin nəslindəndilər. Bu xalq haqqında məlumatlar XIX əsr rus müəlliflərinin Azərbaycan haqqında qeydlərində də geniş yer almışdır. Sonrakı dövrlərdə də etnoqrafik tədqiqatlarda hapıtlar haqqında məlumatlar "Народы мира" silsiləsinə daxil olan "Народы Кавказа" hissəsinin II cildində verilmişdir. Hapıtlar və ümumilikdə Şahdaq xalqlarının etnoqrafiyasına Q.Cavadovun "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" əsərində də geniş yer ayrılmışdır.
Hapıtlar və ümumiyyətlə Şahdaq xalqaları tədqiqat obyekti kimi etnoqraflardan daha çox dilçilərin diqqət mərkəzində olmuşlar. Dilçilər Şahdaq xalqalırının dillərinin geniş tədqiqatını aparmış və xeyli sayda bu mövzuda əsər yazmışlar. Qeyd edilməlidir ki, Şahdaq xalqalrının dilləri, o cümlədən hapıt dili tədqiqat obyekti kimi xarici alimlərin də diqqət mərkəzində olmuşdur.
Hapıt dili bəzi tədqiqatçıların fikrincə qrız dili ilə yaxın qohum olmasına və hətta onun dialekti sayılmasına baxmayaraq, bir çox dilçilərin qənaətinə görə özünə məxsus xüsusiyyətlərə malikdir. Hələ XIX əsr rus mənbələrində qeyd edilirdi ki, "Quba və həmçinin Şamaxı və Nuxa uyezdlərində məskunlaşan xınalıqların, qrızların, ceklilərin, buduqların və haputluların dilləri bir-birindən fərqlidir" (Списки населенных мест Российской империи. По Кавказскому краю, LXV, Бакинская губерния. Тифлис, 1870, с.93).
Məhz bu səbəbdən dil baxımından yaxın olan bu etnik birliklərin nümayəndələri özlərini vahid bir etnik birliyinə aid etmirlər. Yəni etnik kimlik (identiklik) baxımından hapıtlılar, ceklilər, əliklilər, qrızlar kimi özlərini ayrı-ayrı etnoslara məxsus olduqlarını qeyd edirlər. Aparılan tədqiqatlar təsdiq edir ki, hapıtlar öz kəndləri, adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən "biz-onlar" dispozisiyasından çıxış edərək etnik kimliklərini (identikliklərini) doğma kəndləri, öz etnosları ilə əlaqələndirirlər. Hələ XIX əsrdə rus tədqiqatçılarının məlumatlarında hapıtlar, qrızlar, əliklilər, ceklilər bir-birlərindən fərqli birliklər kimi qeyd edilirdilər.
Yuxarıda qeyd edildiyi kimi, tarixən Şahdaq bölgəsində yerləşən Hapıt kəndinin əhalisi müxtəlif səbəblərdən aran bölgələrə köçərək oralarda məskən salmış və hal-hazırda ətraf rayonlarda – İsmayıllı, Qəbələ, Ağdaş və s., çox sayda kəndlərin əsasını qoymuşlar. Bu kəndlərin bir çoxunun sakinləri də öz etnik mənsubiyyətlərini dəqiq müəyyən edərək hapıt kimi qeyd edirlər. Hətta qarışıq etnik mühitdə yaşayan şəhər sakinləri olan hapıtlar öz fərqli etnik kimliklərini (identikliklərini) qoruyub saxlayırlar.
Beləliklə, son illərdə bizim apardığımız tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, dillərində dialekt fərqləri olan, müəyyən dərəcədə oxşar təsərrüfat fəaliyyəti ilə məşqul olan, əsasən eyni tarixi taleyi yaşayan qrızlar, hapıtlılar, əliklilər, ceklilər özlərini bir-birlərindən fərqləndirir və ayrı-ayrı etnik birliklərlə eyniləşdirirlər. Hətta tarixən bu icmalar bir-birlərini fərqli adlandırmışlar. Məsələn, hapıtlar qrızları tarixən "hered", özlərini isə "her" adlandırıb.
Əgər hər-hansı bir etnik qrupun üzvləri özlərini müəyyən adla adlandırırsa və bu qrup daxilində həmrəylik prinsipi əsasında özünüdərketmə prosesi baş verirsə, bu qrupu başqa eyni formada təşkil olunmuş qrupla eyniləşdirmək düzgün olmaz. Məhz bu səbəbdən hapıtları bir çox etnomədəni əlamətlərə görə ayrıca etnos kimi səciyyələndirmək lazımdır.
Etnosun ana dilinin funksionallıq dərəcəsi etnosun dayanaqlığı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, ana dilin qorunub saxlanılması, onun etnuk qrupun müxtəlif təbəqələri arasında işlənməsi ənənəvi mədəniyyətin və xüsusulə də etnik kimliyin (identikliyin) dayanaqlığını təmin edən əsas amillərdəndir. Hapıtların məskunlaşdığı bir çox kəndlərdə aparılan müşahidələr göstərir ki, ana dili bütün yaş qrupları üçün əhəmiyyətini saxlamaqdadır. Yəni bu və ya digər dərəcədə bu dillərdən istifadə olunur. Lakin aparılan tədqiqatlar göstərir ki, hapıtların ana dillərinin funksionallığının azalma tendensiyasını müşahidə olunur. Belə bir tendensiya davam edərsə müəyyən müddətdən sonra hapıt dilinin ümumiyyətlə aradan çıxma təhlükəsi yarana bilər. Bu isə Azərbaycanın zəngin etnomədəni mühiti üçün böyük itki olar.
Dilin qorunub saxlanılmasının əsas alətlərindən biri, şübhəsiz, bu dildə tədrisin təşkil olunması hesab olunur. Bu sahədə Azərbaycanda böyük işlər görülmüşdür. Bir çox etnik birliklərin dilləri tədris olunur. Ləzgi, talış, udi, avar, xınalıq dillərini burada misal çəkmək olar. Bu dillərin sırasına Qafqaz Albaniyasının varislərindən biri olan, zəngin tarix və mədəniyyətə malik olan hapıtların dilini də daxil etmək artıq zamanın tələbidir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
Antropologiya Mərkəzinin rəhbəri,
Antropologiya elmləri doktoru, professor
Əliağa Məmmədli
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO