Quşencə kənd bələdiyyəsinin sədri KİV vasitəsilə açıqlama verdi - Baş verənləri yerində araşdırdıq Foto+Video
Gundem / Bolge / Video
Oxunub: 1 866
12 iy 2021 | 09:02
Quşencə kənd bələdiyyəsinin sədri KİV vasitəsilə açıqlama verdi - Baş verənləri yerində araşdırdıq Foto+Video

Azinfo.tv redaksiyamıza daxil olan şikayətə əsasən İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi və icra nümayəndəliyi haqqında səsləndirilən bəzi fikirləri dərc etmişdik. Zoğallı kənd sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əzizov İsfahan Nəqram oğlu saytımıza müraciət edərək ərazidə baş verənlərin ictimailəşdirilməsini şikayətçi İsfahan Əzizovun şikayətindən dərhal sonra adı çəkilən bələdiyyə sədri saytımıza müraciət edərək, onun da fikirlərini dərc etməyimizi istədi. Biz bu addımı alqışlayır və bütün tərəflərə bərabər şəkildə şərait yaratmaq borcumuzu yerinə yetirmək üçün qeyd edilən əraziyə yollandıq.

Bələdiyyə sədri Aqşin Həmidli. Vətəndaş İsfahan Əzizovun bizə qarşı ittihamları birmənalı şəkildə absurddur. Adama dəfələrlə tərəfimizdən qanunun tələbi izah edilib. Adam qanunlara qarşı sayğısızlıq edir, hətta bu da azmış kimi, şər böhtan xarakterli informasiya yaymaqla məşğuldur. Gördüyünuz bu ərazi cəmisi 8-hektardan ibarətdir və 2009-cu ildən Zoğallı kənd sakini Rahid Əzizov tərəfindən taxılçılıq üçün istifadə olunur.Hazırda həmin ərazinin Yenidən istifadə edilməsi üçün sənədlərin Rahid Əzizovun adına rəsmiləşdirilməsi prosesi həyata keçirilir. Əgər qanun bu məsələyə üstünlük verməsə qeyd edilən ərazini adıçəkilən şəxs istifadə edə bilməyəcək. İsfahan Əzizov qeyd edir ki, bu əraziyə nümayəndə Yaşar Şirəliyev və müavini Qamət Məmmədov da şərikdir.Bu əsassız ittihamlar hardan gəlir onun ağlına? Ümumiyyətlə,bu deyilənlər cəfəngiyyatdır. Nümayəndə və müavininin bu məsələyə heç bir aidiyyatı yoxdur. Adam uzun illər ərzində bu ərazini əkib, indi ondan sənədləşmə tələb edirik. Əgər buna qanun icazə versə yenə əkib becərəcək, yox əgər əksi olsa fəaliyyəti dayandırılıb ərazi başqa məqsədlər üçün istifadə olunacaq. Qeyd edirəm ki, bu ərazi bələdiyyənin əkinaltı torpaq ərazisidir.

İsfahan Əzizovun digər bir iddiasına görə biz burada meşələri qırmışıq. Haradadır həmin ərazi? Bura dədə-baba yolu olub. Yolu kol-kos basdığına görə və yağan yağışlar korladığı üçün texnika ilə təmizlətdirmişik. Gördüyünüz bu çəpər kimi bəndləri həm meşə qırağına, həm də əkilən yerlərə ona görə qoydurmuşuq ki, həm meşələri qırıb aparmasınlar, həm də camaatın əkdiyi taxıl sahələrinə mal-qara girib ziyanlıq verməsin.
İsfahan Əzizovun digər bir iddiasına görə güya o, 8 hektar ərazidə camışçılıq ilə məşğul olur. Baxın, onun zəbt etdiyi ərazi az qala 80-hektara yaxındır. Quşəncə camaatının ümumi istifadəsində olan otlaq, örüş yerləri bir adam tərəfindən zəbt olunur və heç bir qanuni tələbə məhəl qoymur. Hələ üstəlik 30-hektardan çox ərazidə qəsdən yanğın törədərək ərazini yararsız vəziyyətə salır. Baxın gördüyünüz o Nohur olan ərazilərdə camaatın mal-qarası günorta saatlarında su içmək üçün gətirilərdi. Ancaq artıq neçə ildir ki, İsfahan bu yolu da bağlayıb. İndi özünüz qərar verin kimdir haqlı? Sizcə biz Quşencə camaatının haqlı tələbini eşitməzlikdən gəlməliyik? Axı biz ona deyirik ki,yolu aç digər ərazilərdə camaatın mal-qarası otlasın. İsfahanın, ümumiyyətlə, həmin ərazidə bir sot torpaq sahəsi zəbt etməsi yaxud istifadəsi üçün heç bir sənədi, icazəsi yoxdur. Biz bu günədək susaraq yola verirdik, ancaq deyəsən səhv etmişik, eybi yoxdur, hər bir şeyi məhkəmə qaydasında həll edərik. Qoy qanunun tələbi necədirsə elə də olsun. Qaldı ki, bizim böyüklərimiz haqqında erməni kökənli deməsinə. Buna da məhkəmədə baxarıq. Gəldiniz, lentə aldınız, indi necə qərar qəbul edəcəyinizi özünüz bilərsiniz. O siz, o da sizin vicdanınız. Təşəkkür edirəm.

Bəhram Məmmədov.
Mən 1978-ci ildən arıçılıq ilə məşğulam. Respublika arıçılıq ittifaqının üzvüyəm. Dəfələrlə Zaqatalada və sair yerlərdə keçirilən tədbirlərdə iştirak etmişəm. Dövlət tərəfindən lazımi avadanlıqla təchiz olunmuşam. Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi tərəfindən qeydiyyata alınmışam. Bu ərazi meşə idarəsinə məxsus olduğu üçün mən dövlətə rüsum ödəyirəm. Bu ərazidə meyvə ağacları, üzüm, gilas, alma, armud və sair əkmişəm, bu əraziləri uzun illər ərzində qorumuşam, qırmağa qoymamışam. Baxın görün başqa meşəliklərlə nə qədər fərq var. İndi bir- iki nəfər düşüb ortaya şikayət edir ki, məni burdan çıxarsın. Niyə mənim dövlətə qarşı hansı bir zidd olan işim var ki, məni buradan çıxarmaq istəyirlər? Uzun illərdir ki, halal zəhmətə söykənərək yaşamışam. Bu ədalətsizlik deyil, bəs nədir?

Redaksiyadan: Biz həqiqətən ərazidə mənzərənin tamamilə başqa cür olduğunu gördük. İsfahan Əzizovun söylədiyi meşə qırıntısına rast gəlmədik, yalnız onun istifadəsində olan ərazilərdə kütləvi şəkildə meşə qırıntısı baş verib. Rəsmilər qeyd edir ki, ayrı-ayrı şəxslərin həmin ərazidə meşənin qırılmasına İsfahan şərait yaradıb. Ərazidə çəpərlənmiş Nohur, yol meşəlik ərazidə qanunla uzlaşmayan tikinti və sair şeylər də diqqətimizi çəkdi. Hətta 30-hektardan artıq yandırılmış ərazi. Eyni zamanda qeyd edək ki, Bəhram Məmmədov arıçılıq fəaliyyəti ilə məşğuldur və onun belə məsələlərdə adının hallanması yol verilməzdir. Hesab edirik ki, bu məsələ həqiqətən KİV- in deyil, elə məhkəməyə aid olan məsələdir. Biz tərəfləri sakitliyə və qarşılıqlı anlaşma əldə etməyə çağırırıq.

Elçin İsmayıllı.

Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...