26-08-2017, 19:53 Oxunub: 462

Eldar İbrahimov: “Mehriban Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”

Eldar İbrahimov: “Mehriban Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”













“Mehriban xanım Əliyeva öz xeyirxah əməlləri və nüfuzu ilə Azərbaycanda və dünyada tanınır. Azərbaycan xalqı onu xeyirxah bir xanım kimi çox istəyir”.


Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərkən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib.

Komitə sədri deyib ki, Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada böyük nüfuz qazanmış şəxslərdəndir:
“Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanım səlahiyyətlərini çox yüksək səviyyədə yerinə yetirir. Onun gördüyü böyük uğurlu işlər göz qabağındadır. Mehriban xanım Əliyeva Azərbaycan xalqı üçün saysız-hesabsız böyük işlər görüb. Onun başçılığı altında yeni-yeni müasir məktəblər, səhiyyə və idman ocaqları tikilib istifadəyə verilib. Azərbaycanın ev sahibliyi etdiyi bütün mötəbər tədbirlər, beynəlxalq yarışlar məhz Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunub. Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən sadiq silahdaşıdır. Onun qaçqın və məcburi köçkünlər üçün gördüyü böyük uğurlu işlər də təqdir olunur. Onun gördüyü işlər barədə saatlarla, günlərlə danışmaq olar. Azərbaycan xalqı Mehriban xanımdan çox razıdır. Fürsətdən istifadə edib Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm”.

E.İbrahimov həmçinin qeyd edib ki, Mehriban Əliyeva ölkə başçısından sonra Azərbaycan Prezidenti olmağa ən layiqli namizəddir:

“Gördüyü böyük uğurlu işləri nəzərə alsaq, Mehriban xanım Azərbaycan Prezidenti olmağa layiqli insandır. Onun prezidentliyə namizəd olması da Yeni Azərbaycan Partiyasının sədrinin və İdarə Heyətinin qərarından asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyası rəhbərliyi məsləhət bilsə, Mehriban xanım Əliyeva Azərbaycan prezidentliyinə namizəd ola bilər. Yenə deyirəm ki, Mehriban xanım öz zəngin təcrübəsi və bacarığı sayəsində Prezidentliyin öhdəsindən də yüksək səviyyədə gələ bilər. Lakin bunun üçün Yeni Azərbaycan Partiyası rəhbərliyinin müvafiq qərarı olmalıdır. Onsuz da mən Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”.
Mehriban Əliyeva Milli Məclisə gəldi Mehriban Əliyeva Milli Məclisə gəldi Siyaset "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir" Siyaset I VITSE-PREZIDENT MEHRIBAN ƏLIYEVA: “MƏN PREZIDENT OLMAĞI PLANLAŞDIRMIRAM I VITSE-PREZIDENT MEHRIBAN ƏLIYEVA: “MƏN PREZIDENT OLMAĞI PLANLAŞDIRMIRAM" Siyaset Yəhudi deputatdan Mehriban Əliyevanın təyinatına eksklüziv açıqlama: “Bütün dünya lediləri...” Yəhudi deputatdan Mehriban Əliyevanın təyinatına eksklüziv açıqlama: “Bütün dünya lediləri...” Siyaset Mehriban Əliyeva Prezidentin Birinci vitse-prezidenti təyin edildi - Sərəncam Mehriban Əliyeva Prezidentin Birinci vitse-prezidenti təyin edildi - Sərəncam Siyaset
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…