“Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz” — Prezident
Siyaset
Oxunub: 310
15 noy 2017 | 11:29
“Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz” — Prezident














“Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq”.
Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, o qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir: “Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.
Hesab edirəm ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. 30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olubdur və bu 2-3 gün ərzində həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıbdır. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi. Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir və biz bunu edirik. Nəqliyyat sahəsində tranzit ölkə statusunu almaq üçün mütləq qonşularla isti münasibətlərin olmalıdır. Ona görə bu, xarici siyasətimizin əsas prioritetidir və çox sevindirici haldır ki, qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur”.

Prezident Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyini vurğulayıb: “Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilib. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir.

Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaq. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz”.
Bu gün, 18:13
Pakistan parlament sədrindən TƏKLİFLƏR
Bu gün, 17:30
Sahibə Qafarova üçtərəfli əməkdaşlığın əsas hədəflərini AÇIQLADI
Bu gün, 17:11
Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
Bu gün, 17:06
ABŞ-dan Ermənistan və Qarabağla bağlı ÇAĞIRIŞ
Bu gün, 16:57
Azərbaycan Prezidenti Pakistan Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB
Bu gün, 16:34
Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO
Bu gün, 16:23
Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"
Bu gün, 16:17
DİN-də yeni TƏYİNAT
Bu gün, 16:02
Almanyada güclü partlayış: "küçəyə çıxmayın" xəbərdalığı - VİDEO
Bu gün, 15:52
Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı
Bu gün, 15:47
Quşencə bələdiyyəsi gördüyü işlərin fotosessiyasını saytımıza göndərdi.Foto-Video
Bu gün, 15:45
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir.Məmurlar dövlətdən oğurluq edirlər.Video-fakt
Bu gün, 15:41
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş Video-muraciət etdi
Bu gün, 15:34
“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər”
Bu gün, 15:28
Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu
Bu gün, 13:29
İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
Bu gün, 10:00
Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
Dünən, 23:39
Mərkəzi Nəbatat Bağında YEYİNTİ İTTİHAMI - dövlət vəsaiti mənimsənilib?
Dünən, 22:50
Əmrullayev KÖHNƏLƏRLƏ niyə BACARMIR? - İTTİHAM
Dünən, 22:22
Gənclər və İdman Nazirliyi LƏĞV EDİLİR - İDDİA
Dünən, 21:47
Xətainin icra başçısı ilə bağlı DTX-ya MÜRACİƏT OLUNDU - "Bəlkə qanunsuz tikintilərə göz yuman..."
Dünən, 21:18
Bayramlının nəzarətsiz buraxdığı SƏHİYYƏ... - Yəqin XƏBƏRİ YOXDUR...
Dünən, 20:48
"Niyə mən aldadıb, borc yaratdınız?.." - ETİRAZ
Dünən, 20:23
Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır
Dünən, 19:44
“Camaat gündəlik çörəyi güclə tapır” - GİLEY
Dünən, 19:22
“AST GROUP” MMC rəhbəri Sərraf Əliyev tərəfdaşını necə aldadıb? – İnanılmaz maska fırıldağı…
Dünən, 18:50
Rafayıl Quliyev NƏDƏN NARAHATDIR? - QALMAQAL