11-06-2018, 11:10 Oxunub: 291

Azərbaycanda təkcə bu qurumun rəhbəri yoxdur - Təyinat nə vaxt olacaq?

Azərbaycanda təkcə bu qurumun rəhbəri yoxdur - Təyinat nə vaxt olacaq?














Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Həmin sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Onun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri yeni Dövlət Agentliyinə verilib.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu agentliyə birləşdirilib.
Beləliklə də Nazirlər Kabinetinin tərkibində yeni bir mərkəzi icra hakimiyyəti orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi formalaşdırılıb.

Modern.az məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində rəhbəri təyin olunmayan yeganə qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bəs bu qurumla bağlı təyinat nə zaman gerçəkləşəcək?

Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı icra etmək məqsədi ilə Nazirlər Kabinetinin Ləğvetmə Komissiyası işləyir. Çünki ləğv edilmiş komitənin bəzi səlahiyyətləri yeni Dövlət Agentliyinə verilib.

Agentliyin rəhbər təyinatına gəlincə, bunun ölkə başçısının səlahiyyətindəki məsələ olduğu vurğulanıb. Hələ ki, yeni qurumun strukturu da tam formalaşdırılmayıb. Amma önümüzdəki günlərdə dövlət başçısının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı təyinat barədə sərəncam verəcəyi istisna edilmir.
Ramiz Həsənov təyinat xəbərini gözləyir... - Amma sahibkarlar narazılıq edirdi... Ramiz Həsənov təyinat xəbərini gözləyir... - Amma sahibkarlar narazılıq edirdi... Sosial İlham Əliyev bu Dövlət Komitəsini ləğv etdi İlham Əliyev bu Dövlət Komitəsini ləğv etdi Siyaset Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı Siyaset Bir neçə dövlət qurumu ləğv edilir - 4 publik hüquqi şəxs yaradılır Bir neçə dövlət qurumu ləğv edilir - 4 publik hüquqi şəxs yaradılır Sosial Prezidentimizin bu hərəkətindən xəbəriniz olsun Prezidentimizin bu hərəkətindən xəbəriniz olsun Sosial
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…