Deputat enerji qəzasına görə hiddətləndi: “Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!”
Siyaset
Oxunub: 695
3 iy 2018 | 13:11
Deputat enerji qəzasına görə hiddətləndi: “Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!”













İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Energetika Nazirliyi və "Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar.

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə rəsmi açıqlamaya etiraz edib.

AZXEBER.COM xəbər verir ki, deputat Modern.az-a açıqlamasında bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır:

"Hadisənin obyektiv və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir. Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Fəzail Ağamalı bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı "Azərişiq" ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır. Amma istehsalçı qurum olan "Azərenerji” ASC günahkardır:

""Azərişıq” Mingəçevirdə baş vermiş olan qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki "Azərişiq” istehlakçıdır.

Bu məsələyə "Azərenerji” ASC cavabdehdir. "Azərenerji” elektrik enerjisini istehsal edib "Azərişıq”a verir. "Azərişiq" da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də "Azərişıq”ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır.
Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı "Azərenerji”dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması bəlli olmalıdır.


Heç şübhəsiz ki, ölkə ərazisində istilər var. İstilərin olması mümkündür ki, elektrik enerjisinin istifadəsində müəyyən gərginlik yaradıb. Ancaq mən düşünmürəm ki, bu qışdakından çox olsun. Mən güman etmirəm ki, Mingəçevirdə baş vermiş partlayış elektrik enerjisindən istifadənin hədsiz dərəcədə yüksəlməsi ilə bağlıdır. Düzdür, mən mütəxəssis deyiləm. Ancaq güman edirəm ki, kəskin istilər hadisənin baş verməsinə əsas olmalı deyil. Orada digər texniki məsələlər və başqa amillər ola bilər. Hesab edirəm ki, hadisə bizim peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra tam aydınlığını tapacaq”.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır