14-02-2019, 18:42 Oxunub: 296

Prezident AZTV ilə bağlı sərəncam imzaladı

Prezident AZTV ilə bağlı sərəncam imzaladı













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Prezident İlham Əliyev sərəncam imzaladı Prezident İlham Əliyev sərəncam imzaladı Siyaset Prezident İlham Əliyev sərəncam imzaladı Prezident İlham Əliyev sərəncam imzaladı Siyaset Prezident İlham Əliyev 2 sərəncam imzaladı Prezident İlham Əliyev 2 sərəncam imzaladı Siyaset Prezident İlham Əliyev 2 sərəncam imzaladı Prezident İlham Əliyev 2 sərəncam imzaladı Siyaset İlham Əliyev bu yolların tikintisinə 11 milyon ayırdı – SƏRƏNCAM İlham Əliyev bu yolların tikintisinə 11 milyon ayırdı – SƏRƏNCAM Siyaset