28-02-2019, 23:19 Oxunub: 326

Alı Qocayevin də vaxtı yetişib - İDDİA

Alı Qocayevin də vaxtı yetişib - İDDİA















Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara yerli KİV zamanında kifayət qədər diqqət yönəldib. Elə həmin materiallarda da qeyd olunurdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür.

Bunları xatırladan məlumatlı mənbə bildirir ki, hazırda himayədarlarının tam güvəncəsi altında olsa da, Alı Qocayev heç də toxunulmaz deyil və yaxın vaxtlarda onunla bağlı da qərar veriləcək.

Mənbənin dia.az-a söylədikləri: "Bu qərar Novruz bayramına qədərki dövrə təsadüf edə bilər. Gənc bir kadrın Samuxa gətirilməsi gözlənilir".

Qeyd edək ki, Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1997-2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.
Alı Qocayevi yerindən tərpədirlər... - Yerinə gənc kadr gətiriləcək Alı Qocayevi yerindən tərpədirlər... - Yerinə gənc kadr gətiriləcək Siyaset Alı Qocayevin başı cəncəlli işlərdə - Onun da gedəcəyi deyilir... Alı Qocayevin başı cəncəlli işlərdə - Onun da gedəcəyi deyilir... Sosial Əvəz Qocayev Saleh Məmmədova qarşı - “Azəravtoyol”da qarşıdurma Əvəz Qocayev Saleh Məmmədova qarşı - “Azəravtoyol”da qarşıdurma Sosial İki icra başçısı ilə bağlı ilginc iddialar - Belə deyirlər... İki icra başçısı ilə bağlı ilginc iddialar - Belə deyirlər... Bolge "Samux batır, bizə kömək edin..." - ŞİKAYƏT Bolge