20-03-2019, 21:45 Oxunub: 526

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib















Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Birinci vitse-prezidentin rəsmi "İnstagram" hesabında dərc olunan təbrikdə deyilir:

“Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!

Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!
Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!

Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!

Hamınıza dərin təşəkkürümü bildirirəm!”
İlham Əliyev Küveyt rəhbərliyinə təbrik məktubu göndərdi İlham Əliyev Küveyt rəhbərliyinə təbrik məktubu göndərdi Siyaset İlham Əliyev onları təbrik etdi İlham Əliyev onları təbrik etdi Siyaset "Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm" - Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb Medeniyyet Novruz Məmmədov Azərbaycan xalqını təbrik etdi Novruz Məmmədov Azərbaycan xalqını təbrik etdi Siyaset Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi Siyaset