18-04-2019, 22:43 Oxunub: 436

Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...

Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...














Mediada, sosial şəbəkələrdə mütəmadi olaraq zəngin həyat tərzi keçirən məmurlar, onların ailə üzvləri ilə bağlı məlumatlar yer alır.

Hətta işdən çıxarılan məmurların malik olduğu sərvətin, obyektlərin siyahısı dərc edilir, onların var-dövləti, bahalı avtomobil kolleksiyası göz qamaşdırır. “Maaşa baxan” bu adamların qısa zaman kəsiyində necə varlanması isə hər kəsi düşündürür. Azərbaycan məmurlarının aylıq rəsmi gəlirlərinə nəzər salaq:

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, Nazirlərin, Komitə sədrlərinin və İcra başçılarının aylıq maaşı və bu maaşın 25 faizi həddində əlavə pul təminatı aşağıdakı kimi müəyyən edilib:

- Baş nazir - 2460 + 610= cəmi 3 075 manat
- Baş nazirin birinci müavini - 2160 + 540= cəmi 2 700 manat
- Baş nazirin müavini - 2060 + 515 = cəmi 2 575 manat
- Nazir və Komitə sədri - 1925 + 481,25 = cəmi 2 406,25 manat
- Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25 = 2 406,25 manat
- Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320 = cəmi 1 600 manat
- 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25 = cəmi 1 306,25 manat
- 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5 = cəmi 1 237,5 manat
- 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220 = cəmi 1100 manat

Maraqlıdır, məmurlar bu qədər maaş müqabilində milyonlarla, bəzi hallarda milyardlarla ölçülən sərvətləri necə əldə edirlər? Bu “bulağın suyu”nun haradan gəldiyini bəlli olsa da, bunu sübut edəcək faktlar demək olar ki, yoxdur. Bunun səbəbi məmurların gəlir deklarasiyası verməsi (gəlirləri haqqında rəsmi məlumat-bəyannamə müəll.) haqqında qanunun qəbul olunmamasıdır.
Amma buna baxmayaraq, oliqarx məmurların sahib olduğu mülklər, sərvətlər haqqında məlumatlar az deyil.

Məsələn, sabiq vergilər naziri Fazil Məmmədovun sahib olduğu şirkətlər və həmin şirkətlərin tərkibində olan hotellər, restoranlar, istehsal müəssisələri, bank və sığorta şirkəri haqqında məlumatlar mütəmadi olaraq mətbuatda yayımlanır. Maraqlıdır ki, Fazil Məmmədov və digər oliqarx məmurlar bu sərvəti vəzifəyə gəldikdən sonra əldə ediblər. Bu amil isə onların sahib olduqları sərvətlərin mənbəyində qaranlıq məqamların yatdığını göstərir. Qeyd edək ki, F.Məmmədov “Ata Holding” kimi böyük şirkətlər qrupunun sahibidir və bu holdinq yuxarıda deyildiyi kimi bir çox sahələrdə fəaliyyət göstərir.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da oliqarx məmurlar siyahısına adını yazdıranlardandır. Milli Təhlükəsizlik Nazirliyi ləğv olunduqdan sonra Eldar Mahmudovun əldə etdiyi sərvətlərin qaynağı haqqında bir çox məsələlərə aydınlıq gəldi. Belə ki, istintaq müddətində yayılan məlumatlara görə Eldar Mahmudovun sahib olduğu biznes imperiyasını özü qurmayıb. İş adamlarına qarşı müxtəlif təzyiq üsullarından istifadə edərək ya həmin biznesə ortaq olub, ya da bütövlükdə mənimsəyib.

Oliqarx məmur siyahısında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da özünəməxsus yeri var. Ziya Məmmədov “Qarant Holding” kimi böyük biznes imperiyasının sahibi olub. Onun sahib olduğu biznes imperiyasına oğlu Anar Məmmədovun rəhbərlik etdiyi də sirr deyil. Qeyd edək ki, Z.Məmmədovun sahib olduğu biznes imperiyası bank sektorundan tutmuş, hotel, restoran, enerji satışı, tikinti sahəsi və digər bir çox sahələrdə fəaliyyət göstərib.

Bu gün vəzifədə olmayan, amma biznes sektorunda öz fəaliyyətini davam etdirən, varlığını qoruyan sabiq məmurlar az deyil. Bununla yanaşı, hələ də vəzifədə olan “biznes imperatorları” da var. Ortalama 1000-3000 manat rəsmi maaşla oliqarxlaşan məmurlar arasında icra başçıları da var. Mətbuatda yazılanlara istinad etsək, böyük biznes imperiyasına sahib icra başçılarından biri də Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Məlumatlara görə, Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib. 1200 manat əmək haqqı ilə 9 milyon manatı necə qazanıb, bu artıq müəmmalı məsələdir.

Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərov haqqında da bu qəbildən olan informasiyalar və sənədlər yayılıb. Onun Slovakiyada şirkət sahibi olduğu deyilir. Sonradan sözügedən şirkətlərin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var. Xaricdə biznes şəbəkəsinə sahib olan məmurlardan biri də Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidir. Digərlərindn fərqli olaraq, Qoşqar Təhməzli yayılan məlumata münasibət bildirib və sözügedən şirkətin ona məxsus olduğunu açıqlayıb. Qeyd edib ki, vəzifəyə təyin olunmadan əvvəl bizneslə məşğul olub.

Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir.

Bunlara sahib olacaq qədər imkanın necə əldə edilməsinə gəlincə, hələ də bu suallara cavab yoxdur.
Cebhe.info
Azərbaycanda nazir və icra başçılarının maaşları (SİYAHI) Azərbaycanda nazir və icra başçılarının maaşları (SİYAHI) Siyaset Milli Məclisin ən çox maaş alan deputatları – Kim nə qədər alır? (SİYAHI) Milli Məclisin ən çox maaş alan deputatları – Kim nə qədər alır? (SİYAHI) Iqtisadiyyat İlham Əliyevdən maaşların artırılması ilə bağlı SƏRƏNCAM İlham Əliyevdən maaşların artırılması ilə bağlı SƏRƏNCAM Sosial Maaşlarından şikayət edən deputatlar nə qədər qazanır? - ARAŞDIRMA Maaşlarından şikayət edən deputatlar nə qədər qazanır? - ARAŞDIRMA Siyaset Bu məmurların maaşı qaldırıldı - Prezident sərəncamı + SİYAHI Bu məmurların maaşı qaldırıldı - Prezident sərəncamı + SİYAHI Siyaset
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…