20-05-2019, 13:32 Oxunub: 292

Genişmiqyaslı təlimlər başladı — VİDEO / YENİLƏNİB

Genişmiqyaslı təlimlər başladı — VİDEO / YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq. Genişmiqyaslı əməliyyat-taktiki təlimləri mayın 24-dək davam edəcək.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı Sosial Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini məhv etməyə hazırlaşır Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini məhv etməyə hazırlaşır Siyaset Azərbaycan Ordusu 20 min əsgərlə HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO Azərbaycan Ordusu 20 min əsgərlə HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO Siyaset Ordumuz genişmiqyaslı təlimlərə başlayır Ordumuz genişmiqyaslı təlimlərə başlayır Siyaset 23 min şəxsi heyət, 120 tank və zirehli texnika, 180 müxtəlif çaplı raket və... - Ordumuz hərəkətə gətirilir 23 min şəxsi heyət, 120 tank və zirehli texnika, 180 müxtəlif çaplı raket və... - Ordumuz hərəkətə gətirilir Siyaset