24-10-2019, 20:44 Oxunub: 353

Daha bir neçə nazirlik, agentlik və komitələrin birləşdiriləcəyi gözlənilir - Belə deyirlər...

Daha bir neçə nazirlik, agentlik və komitələrin birləşdiriləcəyi gözlənilir - Belə deyirlər...

“Cənab Prezidentin start verdiyi kadr islahatları struktur islahatlarına paralel şəkildə mütləq davam etdiriləcək”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin son günlər imzaladığı ölkə əhəmiyyətli sərəncamlarla bağlı fikirlərini bölüşərkən bildirib.

V.Əhmədov deyib ki, prosesin davamında bir neçə qurumun ləğvinin, agentlik və komitələrin birləşdirilməsinin şahidi ola bilərik:

“Hansı nazirlik ləğv ediləcək, hansılar birləşdiriləcək, bu artıq dövlət başçısının qərarı ilə icra olunacaq. Amma struktur islahatları mütləq davam etdirilməlidir”.

Parlamentari qeyd edib ki, Nazirlər Kabinetinin strukturunda da ciddi dəyişiklik edilməsinə ehtiyac var:

“Biz 10 milyonluq əhaliyik. Dövlət aparatı çox şişirdilib. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin reallaşması üçün strukturun çevik olması vacibdir. Struktur islahatlarına gedilməsi həm də kadrlardan asılıdır. Mikayıl Cabbarov birdən-birə İqtisadiyyat naziri gətirilmədi. Onun bundan əvvəlki rəhbər vəzifələrdə apardığı islahatlar nəzərə alındı. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vahid strukturdan idarə olunması asan məsələ deyil. Bu həm böyük təcrübə, həm də məsuliyyət tələb edir. Ona görə də nazirliklərin, agentliklərin, ASC və QSC-lərin, komitələrin birləşdirilməsi gündəmdədir. Yəni kadr islahatları ilə paralel struktur islahatları da getməlidir”.
Azərbaycanda hansı nazirliklər ləğv olunacaq? – Struktur islahatları başlayır Azərbaycanda hansı nazirliklər ləğv olunacaq? – Struktur islahatları başlayır Siyaset Daha iki nazirlikdə dəyişikliklər gözlənilir... - İDDİA Daha iki nazirlikdə dəyişikliklər gözlənilir... - İDDİA Siyaset Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacaq - Yeni sədr anons etdi Dövlət Gömrük Komitəsində ciddi kadr və struktur islahatları aparılacaq - Yeni sədr anons etdi Sosial İlham Əliyevə ilginc mesaj: “Cənab prezident, bu nazirləri də çıxarın” - Tam siyahı İlham Əliyevə ilginc mesaj: “Cənab prezident, bu nazirləri də çıxarın” - Tam siyahı Siyaset Prezident İlham Əliyev komandanı necə dəyişir - daha üç iri fiqur... Prezident İlham Əliyev komandanı necə dəyişir - daha üç iri fiqur... Siyaset
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…