28-10-2019, 12:12 Oxunub: 216

Mikayıl Cabbarov kollektivə təqdim olundu

Mikayıl Cabbarov kollektivə təqdim olundu

Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovun kollektivə təqdimetmə mərasimi keçirilib.
Onu İqtisadiyyat Nazirliyinin işçilərinə Baş Nazir Əli Əsədov təqdim edib.

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı həmçinin "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib.

Xatırladaq ki, M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Yeni İqtisadiyyat naziri 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb, 2003-2004-cü illərdə nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edib, 2004-cü ildə isə naziri müavini vəzifəsinə təyin edilib.

M.Cabbarov 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb. Ölkə prezidentinin sərəncamı isə ona 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Evlidir, 2 övladı var.
Bu nazirlik və dövlət qurumları LƏĞV EDİLDİ — FƏRMAN Bu nazirlik və dövlət qurumları LƏĞV EDİLDİ — FƏRMAN Siyaset İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin etdi İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin etdi Siyaset Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI Nazirlərimiz harada təhsil alıblar? — SİYAHI Siyaset Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı Siyaset Azərbaycanın yeni vergilər naziri haqqında - DOSYE Azərbaycanın yeni vergilər naziri haqqında - DOSYE Siyaset
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…