21-11-2019, 17:45 Oxunub: 363

Prezidentin köməkçisi deport olunanlardan danışdı

Prezidentin köməkçisi deport olunanlardan danışdı

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Almaniyadan azərbaycanlı mühacirlərin deportasiya olunması məsələsinə münasibət bildirib.

Ə.Həsənov jurnalistlərə açıqlamasında ayrı-ayrı səbəblərdən ölkəni tərk edib xaricə gedənlərin yerləşdirilməsi zamanı formalaşan biabırçılığı pisləyib:

"Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan etmişik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini və qaçqın kamplarında yaradılan şəraiti də bilirdik.

Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar layiqli cəzasını alacaq. Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikanın sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər".

Prezidentin köməkçisi həmçinin onların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

O qeyd edib ki, deyilənlərin heç bir əsası yoxdur:

“Onların hər birinin fəaliyyəti, kim hansı yolla ölkəni tərk edib, kimin xarici ölkələrə hansı adla getmələri Azərbaycanda araşdırılır. Biz Azərbaycan vətəndaşlarının hər biri, yaxşısı, pisi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan, vətəndaş amili və onların maraqları dayanır. Ona görə də Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün ölkədə lazım olan şərait yaradılacaq və dəstək veriləcək.

Cinayət törətmiş insanlara gəldikdə isə, cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim hüquq-mühafizə orqanları, o cümlədən, Almaniyanın, Fransanın, hüquq-mühafizə orqanları da araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar layiqli cəzalarını alacaq".
Deport edilən 61 azərbaycanlı Bakıya gəldi - Rəsmi Deport edilən 61 azərbaycanlı Bakıya gəldi - Rəsmi Hadise Almaniyadan bir gecədə 140 azərbaycanlı mühacir qovuldu Almaniyadan bir gecədə 140 azərbaycanlı mühacir qovuldu Hadise Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI Hadise Bahar Muradova müxalifətdən danışdı Bahar Muradova müxalifətdən danışdı Siyaset Əli Həsənov dialoqun nəticələrini açıqladı Əli Həsənov dialoqun nəticələrini açıqladı Siyaset
XƏBƏR LENTİ
21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək 15:17 | DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə