13-12-2019, 23:39 Oxunub: 202

Davudoğlu yeni partiyasını rəsmən elan etdi

Davudoğlu yeni partiyasını rəsmən elan etdi


Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlu yeni partiyasını rəsmən elan edib.

“Qafqazinfo”nun “Posta” nəşrinə istinadən verdiyi xəbərə görə, o, bu gün paytaxt Ankarada otellərin birində “Gələcək Partiya” adlı siyasi təşkilatın tanıtım toplantısını keçirib.

“Yeni ümidlərlə birlikdə doğanlar da var, eyni illərdə geyiminə görə bütün gələcəyi qaralananlar da var. Üç nəsil olaraq indi bir aradayıq. Fərqli yaşlardayıq, amma hamımız gəncik, gənc qalacağıq. Biz fərqli etiqadlara mənsub bir cəmiyyətik, fərqli etnik mənşələrdən gəlmişik, lakin bu müqəddəs torpaqları vətən bilən cəmiyyətik. Hamımız bərabər və şərəfli Türkiyə Respublikası vatandaşlarıyıq. Dostlarımızla birlikdə tarixin və millətin önündəyik. Bütün təzyiqlərə və yaradılmağa çalışılan qorxu atmosferinə baxmayaraq ölkəmizin firavan gələcəyi üçün bir araya gəldik.

Üç nəsil olaraq çox ağrılar yaşadıq, amma nifrətə deyil sevgiyə, qorxuya deyil, ümidə inanclıyıq. Ortaq gələcək qurmağa, yeni şeylər söyləməyə gəlirik. Kədərlənməyə deyil, gülməyə gəlirik”, -deyə Davudoğlu çıxışı zamanı bildirib.

Qeyd edək ki, loqosunda yaşıl rəngli çinar yarpağı olan partiyanın təsisçiləri siyahısında 31-i qadın olmaqla 154 nəfər yer alıb. Bunlar arasında keçmiş AKP-li millət vəkilləri – Səlcuk Özdağ, Ayxan Səfər Üstün, Feramuz Üstün, Abdullah Başçı, keçmiş nəqliyyat naziri Feridun Bilgin kimi siyasətçiləri göstərmək olar.

***

Politoloq Şahin Cəfərli “Gələcək Partiya” ilə bağlı qısa təhlil aparıb. Onun sözlərinə görə, ad, loqo və rəng seçimi uğurludur:

“Yaşıl rəngin həm siyasi, həm də psixoloji önəmi və təsiri var. Gələcək Partiyası AKP-nin ilk dönəminə bənzər şəkildə mühafizəkar, amma azadlıqları önə çıxaran sağ-mərkəzçi cizgidə olacaq. Təqdimat mərasiminin Atatürkün xatirəsinə 1 dəqiqə sükutla başlanması cümhuriyyət dəyərləri ilə barışıq olduqlarını göstərir.

Vitrində parlaq simalar azlıq təşkil etsə də, təşkilat işlərini yaxşı bacaran insanların olması (məsələn, AKP-nin Ankara və İstanbul təşkilatlarının sabiq sədrləri) göstərir ki, Davudoğlu təşkilatlanma işinə ciddi önəm verir”.

Davudoğlu yeni partiyasını rəsmən elan etdi


Ekspert qeyd edib ki, qurucular arasında Türkiyənin Azərbaycandakı səfirliyində 2-ci adam olmuş, daha sonra Rusiya və İran kimi önəmli ölkələrdə (eləcə də Avstriyada) səfir vəzifəsində çalışmış Ümit Yardım da var:

“Ümit bəy dünya siyasətini çox yaxşı bilən dəyərli diplomatdır. Diplomatik xidmətdən istefa verib siyasətə qoşulması o deməkdir ki, bu sahədə perspektiv görür. Ona uğurlar arzulayıram”.

Davudoğlu yeni partiyasını rəsmən elan etdi


Ş. Cəfərli bildirib ki, indi növbədə Əli Babacanın partiyasıdır: “Babacanın sabiq Prezident Abdulla Gülün xeyir-duası ilə apardığı partiya quruculuğu işi yekunlaşmaq üzrədir. Sağ cinahda 2 yeni və iddialı partiyanın qurulması ilk növbədə Cumhur İttifaqı üçün təhlükədir. (İyi Partidən də səs qopara bilərlər.) Qarşıdakı (növbəti və ya erkən) seçkilərdə Davudoğlu ilə Babacanın partiyalarının ittifaq qurması istisna deyil, onlara Səadət Partiyası da qoşula və beləliklə, daha bir güclü sağ blok formalaşa bilər. Bu partiyaların birlikdə hətta 10 faiz səs alması belə, ölkədə siyasi mənzərənin tamamilə dəyişməsi mənasına gələcək”.
Əhməd Davudoğlu AKP-dən istefa verib Əhməd Davudoğlu AKP-dən istefa verib Siyaset Türkiyənin baş naziri Avropaya mesaj göndərdi Türkiyənin baş naziri Avropaya mesaj göndərdi Dunya Əhməd Davudoğlu İstanbuldakı terrorla bağlı qapalı toplantı keçirib Əhməd Davudoğlu İstanbuldakı terrorla bağlı qapalı toplantı keçirib Dunya İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib Siyaset Davudoğlu: Bizim bayrağımız bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrilib Davudoğlu: Bizim bayrağımız bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrilib Dunya