14-02-2020, 11:58 Oxunub: 197

Prezident Milli Məclisə yeni seçkilər təyin edəcək

Prezident Milli Məclisə yeni seçkilər təyin edəcək


Mərkəzi Seçki Komissiyasının (MSK) fevrlın 13-də keçirdiyi iclasda 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərin yekunları ilə əlaqədar olaraq 4 seçki dairəsinin nəticələri ləğv olunub.
Azərbaycan Konstitusiyası və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq nəticələri ləğv edilmiş seçki dairələrindən təkrar seçkilər keçirilməlidir.

Seçki Məcəlləsinin 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələrində təkrar seçkilər seçkilərin nəticələri tam yekunlaşdıqdan sonra və Konstitusiya Məhkəməsindən rəyindən sonra keçirilə bilər.

Hazırda MSK növbədənkənar parlament seçkiləri ilə bağlı daxil olmuş şikayətlərə baxır. MSK qanunvericiliyin tələbinə uyğun olaraq dairə seçki komissiyalarından daxil olan protokolları səsvermə günüdən ən geci 20 gün müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi də öz növəbsində MSK-nın təqdim etdiyi protokolları uyğun olaraq araşdırıb yekun rəy verməlidir. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini həm tam, həm də müəyyən dairələr üzrə ləğv etmək hüququna malikdir.

Ancaq növbədənkənar parlament seçkiləri ilə bağlı təkrar seçkilər Konstitusiya Məhkəməsinin yekun rəyindən sonra Azərbaycan Pezidentinin qərarı ilə keçirilməlidir.

Çünki Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin, eyni zamanda Seçki Məcəlləsinin 145-ci maddəsinin tələblərinə uyğun olaraq Milli Məclisə seçkilər və günü Prezident tərəfindən təyin olunur.

Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq MSK Prezident tərəfindən elan olunmuş seçkinin keçirilməsini təşkil edir.
9 fevral Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələri üzrə təkrar seçkilər və onun keçirilmə vaxtı ilə bağlı Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam olacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.
Milli Məclisə təkrar seçkilər keçiriləcək Milli Məclisə təkrar seçkilər keçiriləcək Siyaset Hadi Rəcəblinin nəticələri ləğv olunub? — AÇIQLAMA Hadi Rəcəblinin nəticələri ləğv olunub? — AÇIQLAMA Siyaset MSK ayın sonuna qədər seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək MSK ayın sonuna qədər seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək Siyaset Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb Siyaset Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Siyaset