22-05-2020, 17:52 Oxunub: 118

Deputat: “Prezidentin kadr siyasətini yeni bir mərhələnin tələbi kimi qiymətləndirmək olar”

Deputat: “Prezidentin kadr siyasətini yeni bir mərhələnin tələbi kimi qiymətləndirmək olar”


Prezident İlham Əliyev tərəfindən son dövrlərdə həyata keçirilən kadr siyasəti və yeni rayon icra başçıları təyin olunması regionların inkişafı baxımdan yeni yol xəritəsi kimi dəyərləndirmək lazımdır.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, ölkə başçısının kadr siyasəti davamlı xarakter daşıyır və biz zaman-zaman buna şahidlik edirik. “Cənab Prezident zaman-zaman yerində olmayan, dövrün tələblərinə cavab verməyən, xalqa xidmət etməyən, korrupsioner və rüşvətxor, fəaliyyətlərində ciddi nöqsanlara yol verən məmurlara qarşı sərt cəza tədbiri görüb və görməkdədir. Prezidetin əsas məqsədi ölkədə vətəndaş mənunluğunun yaradılması, ölkənin iqtisadi inkişafının dayanıqlığını təmin edərək insanların sosial rifah halında yaşamasıdır. Bu hədəflərə nail olmaq üçünsə davamlı olaraq genişmiqayslı islahatlar paketi qəbul olunaraq icra olunmaqdadır. Kadr islahatları da bunu tərkib hissəsidir. Çünki islahatların uğuru, peşəkar, savadlı, bacarıqlı kadrlardan asılıdır ki, bu da həyata keçirilməkdədir. Bu proses davam edir”- deputat qeyd edib.
Deputat onu da əlavə edib ki, ölkə başçısı kadr siyasətində əsasən gənclərə üstünlük verərək, daha çox onlara etimad göstərir: “Bunu cənab Prezidentin həm gəncliyə olan diqqəti, həm də ölkənin gələcəyində, dövlət idarəçiliyində onlara verilən etimadın göstəricisi kimi dəyərləndirmək lazımdır. Elə ölkə başçısının istər rayonlara təyin etdiyi icra başçılarına, istərsə də digər vəzifələrə təyin etdiyi kadrlara nəzər salsaq bunun bariz şahidi ola bilərik. Bunu həm də yeni bir mərhələnin tələbi kimi qiymətləndirmək olar. Biz bunun ölkə başçısının təyin etdiyi yeni kadrları videokonfrans formatında qəbulu zamanı verdiyi tapşırıq və tövsiyyələrində görürük. Cənab Prezident təyin olunan kadrlardan işlərini yeni dövrün tələblərinə uyğun quraraq, fəaliyyətlərində neqativ hərəkətlərə, məmur özbaşınalığına yol verməmək, şəffaflığı, vətəndaş mənunluğunu təmin etmək, xalqın yanında olub, problemlərini öyrənərək həllinə nail olmaq, sahibkarlığa dəsətək vermək, yerli icra strukturlarına əlçatanlığı təmin etmək kimi şərtlər qarşılarına qoyur. Ölkə başçısı təyin olunan yeni kadrlarla görüşündə onlara deyib ki, fəaliyyətlərində rəhbərlik etdikləri rayonlaırn inkişafına nail olmaq tələb olunur. Çünki bundan sonra ölkənin əsas inkişaf istiqaməti qeyri-neft sektorunun hesabına olacağından, bu sahənin inkişafına xüsusi diqqət yetiriləcək. Bunun üçün də bölgələrdə sahibkarlıq, kənd təsərrüfatı sektoru, qeyri-neft sektorunun digər sahələri inkişaf etdirilməlidir. Bu inkişaf da uğurlu kadrlardan asılıdır. Ümid edirəm ki, təyin olunan kadrlar da cənab Prezidentin onlara göstərdiyi etimadı doğruldacaq və ölkəmizin yeni inkişaf mərəhələsinə qədəm qoymasında öz xidmətlərini göstərəcəklər”.
Deputat: “Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır” Deputat: “Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır” Siyaset Deputat: “Yeni Milli Məclis Prezidentin inqilabi islahatlarının bariz göstəricisidir” Deputat: “Yeni Milli Məclis Prezidentin inqilabi islahatlarının bariz göstəricisidir” Siyaset Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları Siyaset "Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq" — Deputat Siyaset “Sonuncu sərəncamdan ümumilikdə 2 milyonadək insan faydalanacaq” — Millət vəkili “Sonuncu sərəncamdan ümumilikdə 2 milyonadək insan faydalanacaq” — Millət vəkili Iqtisadiyyat