22-05-2020, 19:20 Oxunub: 116

Sabah Naxçıvanın yeni Baş naziri seçiləcək — EKSKLÜZİV

Sabah Naxçıvanın yeni Baş naziri seçiləcək — EKSKLÜZİV


Sabah Naxçıvanın yeni Baş naziri seçiləcək. Yeni Baş nazir baş nazirin müavini, maliyyə naziri Səbuhi Məmmədovun təyin ediləcəyi gözlənilir. Bu barədə “Ölkə.Az”a etibarlı mənbələrdən məlumat verilib.
Yeni Baş nazirin təyin edilməsi ilə əlaqədar olaarq mayın 23-də Naxşıvan Ali Məclisının xüsusi iclası keçiriləcək.

İclasda yeni Baş nazirin təyin edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Baş nazir təyin ediləcəyi bildirilən Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Maliyyə üzrə iqtisadçıdır.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilmişdir.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.
Naxçıvanda baş nazir postuna daha bir namizəd... - Belə deyirlər... Naxçıvanda baş nazir postuna daha bir namizəd... - Belə deyirlər... Sosial Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? — DOSYE Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? — DOSYE Siyaset Səbuhi Məmmədova yüksək vəzifə verildi Səbuhi Məmmədova yüksək vəzifə verildi Siyaset SON DƏQİQƏ! Azərbaycanda nazir işdən çıxarıldı – YENİ TƏYİNAT SON DƏQİQƏ! Azərbaycanda nazir işdən çıxarıldı – YENİ TƏYİNAT Siyaset Azərbaycanda yeni nazir təyinatı - Sərəncam Azərbaycanda yeni nazir təyinatı - Sərəncam Siyaset