6-07-2020, 21:53 Oxunub: 158

​Baş prokurordan yeni təyinatlar

​Baş prokurordan yeni təyinatlar


Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Baş prokurordan YENİ TƏYİNATLAR Baş prokurordan YENİ TƏYİNATLAR Siyaset Kamran Əliyev yeni prokurorlar təyin etdi Kamran Əliyev yeni prokurorlar təyin etdi Siyaset Bu rayonun prokuroru vəzifəsindən azad edildi — TƏYİNATLAR VAR Bu rayonun prokuroru vəzifəsindən azad edildi — TƏYİNATLAR VAR Sosial Baş Prokurorluqda — YENİ TƏYİNATLAR Baş Prokurorluqda — YENİ TƏYİNATLAR Siyaset Zakir Qaralovun köməkçisi yüksək vəzifəyə təyin edildi – FOTO Zakir Qaralovun köməkçisi yüksək vəzifəyə təyin edildi – FOTO Siyaset