10-07-2020, 16:52 Oxunub: 174

"Nazir, nazir müavinləri bu məsələləri bilib və ona görə də..." - GƏLİŞMƏ

"Nazir, nazir müavinləri bu məsələləri bilib və ona görə də..." - GƏLİŞMƏ


Bir həftə əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun 3 vəzifəli şəxsi həbs olunub. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, DTX-nın XİN-dəki həbsləri məsələsində təkcə iqtisadi, maliyyə məsələləri əsas amil deyil, baş vermiş hadisədə “milli mənafe kəsb edən və milli mənafeyə ziyan gətirən məsələlər, yəni daha çox siyasi məsələlər ortaya çıxır”.

Tofiq Zülfüqarov BBC-yə açıqlamasında XİN-də baş verənləri “yaxşı” qiymətləndirdiyini deyib: “Pis tərəfi isə odur ki, bu qurumda belə halların baş verməsi utancvericidir”.

Tenderlərlə bağlı isə keçmiş nazir deyir ki, qaydalar çox da dəyişməyib. “Heç birimiz sadəlövh deyilik. Birincisi, mənim vaxtımda tender məsələləri hələ aktual deyildi və tətbiq olunmurdu. İkincisi, qaydalar çox da dəyişməyib. Bu və ya digər məsələlərdə axırıncı qərarı nazir qəbul edir, ona təqdim olunan sənədləri imzalayır...”

Tofiq Zülfüqarova görə XİN-də “ciddi şəkildə məlumat sızması" mövcuddur və bu hallar çoxdan baş verir. Bu məsələlər təkcə maliyyə və iqtisadi məsələlərə aid olmur: "Yenə deyirəm, ciddi şəkildə araşdırma olsa, burada Azərbaycanın maraqlarına zidd olan hansısa əməllər ortaya çıxa bilər. Baxın, Britaniyada xarici ofisin rəhbəri eyni zamanda kəşfiyyatın başçısı sayılır. O baxımdan Azərbaycanda da bu istisna deyil. Ona görə də onun dövlət strukturları arasında yeri və strateji əhəmiyyəti və vəzifələrin icrası hamıya bəllidir. Əsaslar var ki, orada ciddi şəkildə sızmalar olub. Verilən məlumatlara fikir versəniz, iqtisadi maliyyə hissəsini götürsəniz tutulan şəxslər 20 faizdən danışır. 80 faiz kimə çatır və ad istifadə olunub onun barəsində istintaq davam edir və bu məlumatlarla ictimaiyyətə məlumat çatdırılacaq. Nazirliyin xəbəri olmadan onun hansısa xərclərinin qarşılanması mümkün deyil. Hansısa qurumun rəhbəri təbii ki, məsələlərə nəzarət etməlidir. Bu, məntiqə sığmır. Ya şəxs peşəkar deyil, ya da, sadəcə, ictimaiyyəti aldatmaq istəyir. Məndə belə bir ümid var ki, bu, istintaqın əvvəlidir. Nəticədə biz Azərbaycanın maraqlarına zidd olan əməllərin açıqlanmasını müşahidə edə biləcəyik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, XİN-də baş verənlər tam və hərtərəfli araşdırılmalıdır: “Necə ola bilər ki, hansısa şöbə müdirləri təkbaşına qərarlar verib ”otkat" alsın və bundan illərlə kimsənin xəbəri olmasın? Molla-zadə deyir ki, büdcədən ayrılan pulların 10 faizi mənə qalır, 10 faizini Səlim götürür, yerdə qalan pullar da XİN-in gərəkli işləri üçün xərclənir. Bu nə deməkdir?"

Elxan Şahinoğlu qandallanan XİN rəsmilərinin apelyasiya şikayəti verməsinin səbəbini də açıqlayıb: “Bu adamların apelyasiya şikayəti verməsi də təsadüfi deyil. Onlar apelyasiya şikayəti verməklə demək istəyirlər ki, bu cinayətləri təkbaşına, özbaşına etməyiblər. Nazir, nazir müavinləri bu məsələləri bilib. Ona görə də bu məsuliyyəti onlarsız bölüşmək istəmirlər, apelyasiya şikayəti veriblər. 20 faiz ancaq onlara çatıb. Bəs 80 faiz kimin cibinə gedib? Həbs olunarkən ümumi deyir ki, bu nazirliyin gərəkli işlərinə xərclənib. Amma kim deyə bilər ki, həmin 80 faiz daha üst səviyyədə dayanan məmura çatdırılmayıb?”

Elxan Şahinoğlu deyir ki, baş verənlər çox biabırçı hadisələrdir: “Azərbaycanı dünyada təmsil edən, milli və təhlükəsizlik maraqlarının xidmətində dayanmalı olan nazirlikdə belə hadisələr baş verirsə, bu bizim dünyada imicimizi zədələyir, həm də Dağlıq Qarabağ danışıqlarında da bizə mənfi təsirini göstərə bilər. Bu danışıqları aparan nazirlikdə korrupsiya faktları aşkarlanıbsa, burada nazirin adı hallanırsa, onun danışıqlarda mövqeyi zəifləyir. Düşünürəm ki, nazirin dəyişməsi yaxınlarda reallaşacaq”.

Elxan Şahinoğlu deyir ki, Elmar Məmmədyarovun bu həbslərə qədər də fəaliyyəti qaneedici deyildi: “Adam Azərbaycan dilində danışa bilmir. Oğlanlarının xaricdəki milyonluq mal-mülk söhbətlərinə izah verə bilmədi. Üstəlik, Qarabağ danışıqlarında həmsədrlərdən ikiəlli yapışmaqdansa ki, necə olur, Qarabağ ətrafında müəssisələr tikilir, işğalçı dövlətin baş naziri ardınca Şuşaya gəlir, bütün bu məsələlərə toxunmur. Onun əvəzindən bu məsələləri prezident deyir. Onun bu məsələdə kəskin mövqeyini eşidən olmayıb. Artıq böyük bir zərurət yaranıb ki, Məmmədyarov siyasətçi, diplomatla əvəzlənsin”.

Yada salaq ki, DTX-nın yaydığı məlumata görə, iyulun 3-də XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə rüşvət alma faktlarına görə həbs edilib. Qurum şübhələrin “dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi” ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib. DTX adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlara və “dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə” baxış keçirildiyini açıqlayıb. Həmin yerlərdən “nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb”. Xidmət bildirib ki, Fərhad Molla-zadə və Səlim Əlizadənin “dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsəməsi” barədə “əsaslı şübhələr” müəyyən edilib.

Məlumatda Fərhad Molla-zadənin və Səlim Əlizadənin “XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına” dair məlumatlar əldə olunduğu qeyd olunub.

“Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir,”- DTX bildirib.
"Atamın ölümündə eks nazirin əli var" — Bakıda ŞOK İDDİA (VİDEO) Sosial / Video Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. - GƏLİŞMƏ Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. - GƏLİŞMƏ Siyaset Sabiq nazir: Qarabağda hərbi əməliyyat başlayacaq Sabiq nazir: Qarabağda hərbi əməliyyat başlayacaq Siyaset İki nazirin dövrü araşdırılır: Nazir müavini həbs oluna bilər - GƏLİŞMƏ İki nazirin dövrü araşdırılır: Nazir müavini həbs oluna bilər - GƏLİŞMƏ Siyaset Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı Dunya
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…